Haqqımızda
Vakansiyalar

AzMiCon-da Mühasib tələb olunur.

İş haqqında

Tələb olunan keyfiyyətlər: Müvafiq sahədə minimal - 3 il iş təcrübəsi

Vəzifələr:

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.

• Hesab fakturaların tərtib olunması:

• Hesab fakturaların təqdim edilməsi üçün lazımi sənədlərin yerində olub olmamasının yoxlanılması;

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.

• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.

• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.

• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.

• Rəhbərlik tərəfindən verilən digər işlərin həyata keçirilməsi

İş şəraiti:

- AR Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə

- 5 günlük iş norması

- 09:00 - 17:00 - nahar və nəqliyyatla təmin olunma

Ətraflı məlumat: https://azmicon.az/az/vacancies/muhasib-1