Təhsili:
2014-2017-ci illər
- İsveçin Malmo Universitetində PhD elmi dərəcəsi
2012-2014-cu illər
- Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Magistr dərəcəsi
2005-2007-cü illər
- Azərbaycan Dillər Universitetində Beynəlxalq Əlaqələr və Avropaşünaslıq bölümündə magistr dərəcəsi
2001-2005-cü illər
- Azərbaycan Dillər Universitetində Beynəlxalq Əlaqələr və Avropaşünaslıq bölümündə bakalavr dərəcəsi
Təlimlər:
- Biznes mühitində mədəniyyətlər arası idarə etmə üslub və strategiyaları
- Elmi tədqiqat metodları, məqalələrin yazılma qayda və üsulları
- Xaricdə təhsil almaq istəyənlər üçün təqaüd proqramlarına müraciət etmə qaydaları
- Təşkilatlarda kibertəhlükəsizlik mədəniyyəti
- Training for trainers
- Yaradıcı(kreativ) Avropa və mədəniyyət üzrə innovasiya
- Rəqəmsal (digital)mədəniyyətin qurulması (Aİ vəQafqaz modeli)
- Mədəniyyətlər arasında marketinq rabitəsi
- Marketinqin tədqiqat metodları
- Beynəlxalq marketinq
- Beynəlxalq marka (branding) idarəetməsi
- İdarə etmədə biznes etikası
- Anti-böhran idarə edilməsi
- Beynəlxalq müqavilə və müzakirə strategiyaları
- Liderlik və idarə etmə bacarıqları, layihə idarə etməsi.
Aqil bəy 10 ildən artıq müddətdə müxtəlif təşkilatlarda çalışaraq layihələrin idarə olunması sahəsində geniş iş təcrübəsinə sahibdir, həmçinin 50-dən artıq beynəlxalq layihənin qazanılaraq idarə olunmasında sahəsində geniş biliyə və peşəkarlığa malikdir.
İş təcrübəsi:
- 2017-ci ilin sentyabr ayından etibarən Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müəllimi
- 2016-cı ildən etibarən Avropanın müxtəlif universitetlərində müqavilə əsasında müəllim
- 2012-2014-cü illərdə AMEA-nın Beynəlxalq əlaqələr idarəsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2014-cü ildən isə Avropa İttifaqının Horizon 2020 proqramı üzrə məsul şəxs (NCP); BMT-nin Elm vəTexnologiyanın İnkişafı üzrə Komissiyasının experti; Avropa İttifaqı, BMT, UNESCO, NATO, BSEC, Erasmus+, Horizon 2020, Twinning, TAIEX, KOICA və s. beynəlxalq proqram və layihələr üzrə məsul şəxs
- 2007 – 2012-ci illərdə - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsində baş məsləhətçi
- 2005-2007-ci illərdə - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində aparıcı məsləhətçi
Aqil Vəliyev 25-dən artıq Beynəlxalq və yerli elmi məqalənin müəllifidir.