Təlimçilər

Əli Xəlilov

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial Psixologiya şöbəsinin doktorantıdır (PhD).

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinin magistratura (Master of Psychology), Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin bakalavr məzunudur.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin əməkdaşıdır.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqudur.

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin, Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimidir.

Bir çox özəl və dövlət qurumlarının psixoloji təlim və seminarlarının təşkilatçısı və təlimçisi olub. 20-dən çox layihədə təlimçi kimi fəaliyyət göstərib, 50-dan artıq mövzuda yüzlərlə auditoriyaya təlimlər keçirib.

Paytaxt və regionlarda keçirilən bir neçə layihədə layihə koordinatoru və təlimçi olub. Azərbaycan Respublikası Gənclər Fondu, 2015-2021.

Müstəqil Azərbaycan dövründə təşkilati psixologiya və organizasiya davranışına aid Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ona tabe olan şəhər və regional mərkəzlərində ilk rəsmi elmi-psixoloji tədqiqat aparıb.

Bir neçə yeni psixoloji metodika müəllifidir, bununla yanaşı bir sıra metodikanın adaptasiyasını Azərbaycan dilinə və Azərbaycan cəmiyyəti üçün rus dilində adapatsiya və aprobasiyasını edib.

Psixoloji seanslar, seminarlar, təlimlər, elecə də universitet dərslərini əsasən iki dildə (Azərbaycan və rus) tədris edir.

Moskva Dövlət Universiteti nəzdində fəaliyyət göstərən «Школа Юного Психолога« layihəsinin psixoloq və təlimçisi kimi çalışıb.

«Psixologiya Zirvəsi: Problemlər, Perspektivlər və Yeni Yanaşmalar» konfransının spikeri və iştirakçısı olub. Bakı şəhəri 25-26 iyul, 2019.

«Lomonosov-2018». Moskva şəhəri, 9-13 aprel 2018-ci il. Tələbələrin, aspirantların və gənc alimlərin XXV Beynəlxalq elmi konfransında «Psixologiya» və «Organizasiyanın sosial psixologiyası» seksiyalarında elmi məqalələrlə çıxış edib. «Organizasiyanın sosial psixologiyası» seksiyasının qalibi olub.

Образовательный проект «IN TIME». Rusiya Federasiyasının qabaqcıl psixoloqlarının təlim və seminarlarında iştirak edib. Moskva Dövlət Universiteti, Psixologiya fakültəsi, Moskva şəhəri 12 aprel 2018-ci il.

«Лаборатория виртуальной реальности» - laboratoriyada qurğular və devaysla işləyərək eksperimentlərə nəzarət və müşahidələr aparıb. Moskva şəhəri, 3-4 aprel 2018-ci il.

«Rational Psychotherapy» - psixoterapiya kursunu tam və uğurlu bitirib. 30 iyun-30 iyul 2017-ci il.

«Gənclər üçün krizis telefon xətti» kursunu keçib. Respublika Psixi Sağlamlıq Mərkəzi, 3-5 iyul 2017-ci il.

Paytaxt və regionlarda keçirilən bir neçə layihədə – Layihə koordinatoru olub. Azərbaycan Respublikası Gənclər Fondu, 2015-2021.

Bir sıra elmi məqalə, tezis və proqram müəllifidir.