Təlimçilər

Tural Abbasov

Təhsili:

Tural Abbasov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər” ixtisasını bitirmişdir. Odlar Yurdu Universitetində “Maliyyə nəzarəti və audit” ixtisası üzrə magistr təhsili almış və hal-hazırda təhsilini İqtisadi Elmi Tədqiqat İnstitutunda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə dissertanturada davam etdirir.

İş təcrübəsi:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində, Azərbaycan Universitetində, Odlar Yurdu Universitetində və Bakı Dövlət Universitetində vergitutma və vergi sahəsində müxtəlif mövzular üzrə dərslər tədris etmiş və etməkdədir.

- Azərbaycanda və dünyanın bir çox ölkələrində maliyyə, vergi, iqtisadiyyatın digər sahələri və biznes mövzuları üzrə çox sayda təlimlərin, təlim proqramlarının, konfransların, seminarların və digər tədbirlərin iştirakçısı olmuşdur.

Sertifikatlar: Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (KOS üçün MHBS) üzrə və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə üzrə Peşəkar Mühasib Sertifikatlarına malikdir.

- “Sahibkar qadınların vergi biliklərinin artırılması” layihəsinin layihə müəllifi və rəhbəri olmaqla yanaşı, ölkə ərazisində həyata keçirilən bir çox layihələrdə vergi sahəsi üzrə ekspert və təlimçi olaraq iştirak etmişdir.

Təlimçi tərəfindən “vergi qanunvericiliyi”, ”vergi uçotu”, “beynəlxalq vergitutma” mövzuları üzrə təlimlər həyata keçirilir.