Təhsili:
Rasim Abutalıbov 1998-2002-ci illərdə Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti Menecment ixtisası üzrə almışdır. Həmçinin Magistr təhsilini 2002-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Menecment ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə AMEA, İqtisad institutu, Regional İqtisadiyyat, iqtisad üzrə fəlsəfə doktoru ünvanını almışdır. 2013-cü ildə Erasmus Mundus proqramı çərçivəsində Polşada "Warsaw University of Life Sciences (SGGW)"-da post doctora təhsilini dəvam etdirmişdir. 2015-ci ildə isə Erasmus Mundus Humeria proqramı çərçivəsində Çexiyada Masaryk Universitetində "Academic Staff mobility" proqramında iştirak etmişdir.
İş təcrübəsi:
Bakı Mühəndislik Universitetində Dosent vəzifəsində işləyir. Həmçinin İqtisad universitetində Sabah qruplarda Menecment, Biznesin əsasları, Marketinq, Liderlik, Sahibkarlıq, Biznes etikası və s. fənlərini tədris edir.
Layihə və proqramlar:
Yerli və Beynəlxalq bir sıra konfranslarda, proqramlarda və layihələrdə yaxından iştirak etmişdir.
"İdarəetmənin əsasları" və "lider kimdir" kitabının müəllifidir.
2019-cu ildə "İsrail innovasiya mübadilə" və 2022-ci ildə Almaniyada Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılmasına dair" proqramında iştirak etmişdir.