Təlimçilər

Nərminə Həsənzadə

2012 -ci ildə İqtisad Universiteninin TÜDİFAK fakultəsinin "Beynəlxalq Münasibətlər" bölümü üzrə bakalavr təhsilini başa vuraraq, elə həmin ildən etibarən, Azərbaycanda ilk SMM üzrə fəaliyyət göstərən şirkətlərdən biri olan Cogito Social Media Agentliyində işə başlamışdır. Daha sonra isə karyerasını marketinq üzrə bir neçə böyük şirkətlərdə davam etdirmişdir. Crystal Motors, Beta Tea, Avropa Azərbaycan Məktəbi, Holiday Inn Baku otel və bir neçə 4 və 5 ulduzlu otellərdə marketinq şöbəsində çalışaraq, Satış və Marketinq şöbə müdürü vəzifəsinədək yüksəlmişdir.


Hal-hazırda Polşanın WSB universitetində MBA üzrə magistr təhsilini davam etdirir. Bakalavr və magistr təhsilindən əlavə bir çox satış, marketinq və digital təlimlərinə də qatılmışdır. 


- Yaradıcı Düşünmə Bacarığı Təlimi (IB Group of Companies) (2011)
- Satış Texnikaları (Sinan Ergin) (2013)
- Marketing Air 7 (SAT GROUP) (2015)
- Qonaqpərvərlik və Turizm Menecmenti (Florida Atlantik Universiteti Kolleci) (2020)
- Rəqəmsal marketinq üzrə master-klass (Hindistan Rəqəmsal Təhsil İnstitutu - IIDE - The Digital School) (2021)