Təhsili:
BDU-nun “Beynəlxalq münasibətlər” ixtisasını fərqlənmə ilə bitirib. Satınalma və Təchizat üzrə beynəlxalq CIPS sertifikatına, Dünya Bankının Müqavilələrin idarə olunması və Dövlət Satınalmaları üzrə sertifikatlarına malikdir. Həmçinin ByPi Qlobal beynəlxalq Təlim Mərkəzinin “Satınalmada Qadın Liderlər” adlı təqaüd proqramının qalibidir.
İş təcrübəsi:
Özəl və dövlət müəssisələrinin satınalmaları, logistika sahəsində yerli və beynəlxalq şirkətlərdə iş təcrübəsinə malikdir. Təchizat zəncirinin idarə olunması, Satınalma, Logistika sahəsi üzrə Aparıcı mütəxəssis və Menecer vəzifələrində çalışmışdır.