Kompüter kursları

SolidWorks dizayn proqramı

SolidWorks proqramı vasitəsilə texniki rəsmləri qaydalı şəkildə kompüter mühitinə keçirmək mümkündür. Mühəndis işlərinin istehsalına yönəlmiş bir proqramdır. Analitik düşünmə və güclü üç ölçülü modelləmə qabiliyyəti öyrənmə prosesini sürətləndirir. SolidWorks istehsal sektorunda bir çox tələblərə cavab verə biləcək üç ölçülü bir modelləşdirmə proqramıdır. SolidWorks proqramından əvvəl dinləyicilərin AutoCAD-dan istifadə edə bilmələri üstünlükdür. SolidWorks prqoramı sayəsində  AutoCAD-də və digər bu tür proqramlarda işlənilən hər biri işi daha asan və verimli şəkildə işləmək mümkündür.
Kurs müddətində Sketch, Features, Assembly, Drawing modulları tədris olunacaqdır. Həmçinin Sheet metal, Mold tools, Simulation, Evaluate modullarının əsas komandaları da izah olunacaqdır. 
► SolidWorks proqramı ilə ilkin tanışlıq; 
► Müstəvilərlə işləmək, 
► 2D (müstəvi) üzərində işləmək üçün alətləri və nümunələr üzərində tətbiqlərini; 
► 3D alətləri ilə modellərin hazırlanması üçün istifadə olunan əsas alətlər; 
► Detalların və quraşdırma düyünlərinin 3 ölçülü (fəzada) modellərinin yaradılması; 
► Montaj etmə üsullarını və nümunələrlə işləməyi; 
► Sheet metal, Mold design, Analysis panellərini. 

Drawing (görünüşlər çıxarılması, cədvəllərin hazırlanması, çapa hazırlıq).
Kursu bitirdikdən sonra dinləyicilər maşınqayırma sənayesində texniki rəssam, konstruktor kimi, mebel dizayneri, mülki mühəndislik şirkətlərində, sənaye dizayn firmalarında dizayner kimi çalışa bilərlər.

Dinləyicilər kursda proqramla sərbəst işləmə bacarıqlarının əldə edilməsindən əlavə real layihələrlər üzərində cihaz-maşınların və onların hissələrinin modellənməsi, metal lövhələrin modellənməsi (sheet metal design), mexanizmlərin montaj əlaqələrinin yığılması, sənaye məhsullarının modelləndirilməsi və dizayn edilməsi kimi praktiki biliklər əldə edəcəklər. Müxtəlif fayl formatlarından istifadə edə bilmə imkanının olması, bununla da müxtəlif CAM və CAE proqramları ilə qarşılıqlı fayl mübadiləsi imkanlarını yaradır.

Tədris müddəti: 3 Ay / 36 saat (həftədə 2 dəfə olmaqla) 
Dərs müddəti: 1,5 saat (90 dəqiqə) gün ərzində.