İngilis dili kursları

Texniki ingilis dili

Texniki ingilis dili kursu əsasən aşağıdakı sahələri əhatə edir:

  • texniki terminologiya;
  • müştəri/iş yoldaşları ilə ünsiyyət;
  • neft və qaz sənayesinin tendensiyaları;
  • layihələrin idarə edilməsi.

Bu kurs bir sıra əsas sənaye dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib, və sizə dünyanın ən vacib sahələrinin birində uğur qazanmaq üçün lazım olan əminliyi verəcək.

Kursun Proqramı:

  • Dinləmə;
  • Şifahi danışıq;
  • Lüğət bazasının artırılması;
  • Oxu materialları;
  • Yazışmalar;
  • Qrammatika.

İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliklərinizin İntermediate level olması lazımdır. Tədris dil üzrə 4 əsas bacarığın –  danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.

Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud qrup şəklində olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə keçirilir.

Müəllimlərimiz müxtəlif  yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.