İngilis dili kursları

Hüquqşunaslar üçün ingilis dili

Hüquqi İngilis dili üzrə kursun əsas məqsədi peşəkar hüquqşünasların və hüquq tələbələrinin ingilis dili bilik səviyyələrini artırmaqla yanaşı, həm də ingilis dilində olan hüquqi terminlərlə tanış etməkdir.

İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliyinizin İntermediate level olması lazımdır. Dil biliyi yetərsiz  olanlar ilk öncə General English kurslarına qatılaraq bilik səviyyələrini yüksəltməlidirlər. Daha sonra hüquqşünaslar üçün peşəkar ingilis dili dərslərinə başlaya bilərlər.

Dərslər fərdi və ya kiçik qrup şəklində təşkil olunur.

Kurs hüquq üzrə təhsil alan tələbələr, məhkəmə və prokurorluq işçiləri,  vəkillər və onların köməkçiləri üçün nəzərdə tutulub.

Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud kiçik qrup şəklində müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə tədris olunur.

Müəllimlərimiz müxtəlif  yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.