İvrit dilində qüsursuz ünsiyyət qurmaq istəyənləri, bu dildə təhsil almaq və ya bu dildə ixtisasartırma keçməyi planlayanları İvrit dili kurslarımızda iştiraka dəvət edirik.
Azərbaycan dilində ivrit dili ibri yaxud ibrani dili olaraq tərcümə olunur. İbri dili və ya İvrit dili (ivr. עברית) Afro-Asiya dil ailəsinə məxsus sami dillərindən biridir. Qədim yəhudi dilinin müasir modifikasiyasıdır. İsrail dövlətinin rəsmi dilidir (ərəb dili ilə bərabər).
İvrit əlifbasında yazı digər Sami əlifbasındakılar kimi sağdan sola yazılır. Əlifba 22 samit hərfdən ibarətdir. Sait səslər yazılmır və sait hərf də yoxdur. Hərflər bitişdirilməz və ayrı yazılır.
İvrit əlifbası təkcə İsrail yəhudilərinin deyil, həmçinin Aşkenazilərin danışdığı və German mənşəli olan yidiş (yəhudi almanca) ilə Seferad mənşəli yəhudilərin danışdığı ladino (yəhudi ispanca) dilinin yazılmasında da istifadə olunur. Yazısı Yəhudi əlifbasındadır.
İbrani dili dərslərimiz fərdi və kiçik qruplarda, həftəfə 2 dəfə hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə hər dərs 1 saat olmaqla bütün səviyyələr üzrə (A1-C2) tədris olunur. Sınaq dərslərimizdə iştirak ödənişsizdir.
Dərs vaxtlarını tələbələr özləri də seçə bilirlər.