Xarici dil kursları

Çin dili kursları

????????Şərqi Asiya regionunun ən inkişaf etmiş ölkəsinin və dünyada ən çox danışılan dili siz də öyrənmək istəyirsinizsə fərdi və kiçik qruplarda tədris etdiyimiz Çin dili kurslarımızda iştirak edin.

 

Çin dili Çin-Tibet dil ailəsinə aid bir dildir. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır.

Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur.

Çin dili iki cür yazılır:

  • 1. Klassik
  • 2. Modernləşdirilmiş

Birinci model çinin əsil və keçmiş dilidir ki, keçən yüzillərdə işlənirdi. İndi də Tayvan, Hong-kong, Makao və ABŞ-dakı çinlilər bu dildə danışırlar. İkinci model isə qədim çin yazısında istifadə olunan herogliflərin sadələşdirilmiş formasıdır. Bu model singapurda da işlənir. Bundan başqa 1950-ci ildən tətbig olunmağa başlanan Pinyin herogliflərin transliterasiyası üçün istifadə olunur. Çində Pinyin 1980-cı ildən herogliflərin latın əlifbasına çevrilməsi üçün geniş istifadə olunur. Pinyin herogliflərin yerinə deyil daha çox izah məqsədilə işlədilir.

????‍???? İlk dərs sınaq dərsidir və ödənişsizdir. Yoxlayın və dərslərimizin keyfiyyətindən və müəllimlərimizin savadından əmin olun.

Çin dili kursları fərdi və kiçik qruplarla, əsasən həftədə 3 dəfə hər dərs 1 saat və ya həftədə 2 dəfə hər dərs 1 saat yarım olmaqla bütün səviyyələr üzrə (A1-C2) tədris olunur.