Xarici dil kursları

İngilis dili kursları

???????? Hazırda dünyada və iş həyatında ən çox önəm verilən dillərdən biri olan ingilis dilini xarici və yerli peşəkar müəllimlərimizdən öyrənin. Ümumi ingilis dilini (General English) Beynəlxalq standartlar əsasında öyrənmək istəyənlər, bu dil üzrə əsas bacarıqlarını, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağı (Reading, Writing, Listening, Speaking, Grammar, Vocabulary) hədəfləyənlər kurslarımızdan faydalana bilər.

????İndi ingilis dilini bilmək günümüzün tələbinə çevrilib. Bu dili bilərək hər zaman bir addım öndə olmaq zamanıdır. Ümumi ingilis dili ilə yanaşı ixtisaslaşmış (biznes, maliyyə, tibb, hüquq, neft və qaz, texniki və s.) İngilis dili kursları da təklif edirik.

????‍????14 ildən çox olan iş təcrübəmizə güvənərək dərslərimizin keyfiyyətinə tam zəmanət veririk. İlk dərs sınaq dərsidir və ödənişsizdir.

????İngilis dili kursları tələbənin istəyindən asılı olaraq fərdi və ya kiçik qruplarda olmaqla həm əyani həm də online şəkildə təşkil olunur. Proqrama əsasən ingilis dili kurslarının tədrisi 3 fərqli paketlə, Standart, İntensiv və Tam intensiv formada həyata keçirilir. Standart paketdə həftədə 3 saat dərs (seçim əsasında həftədə 2 dəfə, hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə, hər dərs 1 saat), 2 saat Film saatı və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.  İntensiv və Tam intensiv tədris zamanı həftəlik dərs saatları artırılır. 

 

Conversation Clubs

Səviyyələr üzrə Danışıq klubunun (Conversation Club) üstün cəhətləri:

  1. Hər Səviyyə üzrə fərqli günlər və saatlarda təşkil olunur (məqsəd yuxarı və aşağı dil biliyi olan tələbələr arasında kompleks yaratmamaqdır);
  2. 10 ildən çox iş təcrübəsi olan yerli moderatorlar və Avropalı könüllülər tərəfindən keçirilir;
  3. 14 yaşdan yuxarı arzu edən hər kəsə iştirak ödənişsizdir

Keçirilmə vaxtları:

  1. Şənbə günləri – Beginner və Elementary səviyyələri üzrə saat 11:00; Pre-Intermediate, Intermediate və Upper-Intermediate səviyyələri üzrə saat 12:30
  2. Bazar günləri – Pre-Intermediate və yuxarı səviyyələri üzrə saat 14:00;

Film günləri:

  1. Hər həftə sonu film izləmə və filmin dizkusiya-müzakirəsi

Ödəniş:

                     Kursun Adı

Həftəlik tədris müddəti / Saat

Aylıq Qiymət / AZN

Dərs

Danışıq Klubu və Film Saatı

CƏMİ Saat

Fərdi  tədris

Standart  Qrup / 2-5 nəfər

1

Ümumi İngilis dili kursları (standart paket) + kitab hədiyyə

3

3

7

195

95

2

Biznes İngilis dili

3

2

5

275

145

3

Neft və Qaz üçün İngilis dili

3

2

5

275

145

4

Texniki İngilis dili

3

2

5

275

145

5

Hüquqşünaslar üçün İngilis dili

3

2

5

275

145

6

Tibbi İngilis dili

3

2

5

275

145

7 Mühəndislər üçün İngilis dili 3 2 5 275 145
8 Maliyyə və Bank işi üzrə İngilis dili 3 2 5 275 145
9 HR professionalları üçün İngilis dili 3 2 5 275 145
10 Kurort Menecmenti və Turizm üçün İngilis dili 3 2 5 275 145
11 Menecerlər üçün ingilis dili 3 2 5 275 145
12 Uşaqlar üçün ingilis dili 2 1 3 110 60

 

XÜSUSİ QEYD: 14 yaşımıza özəl tələbə biletini təqdim edən tələbələrə, həmçinin sosial həssas qruplardan olan hər kəsə 14% endirim tətbiq edilir.

 

Kursa başlamadan öncə ingilis dili səviyyənizi müəyyənləşdirəcək Placement test və şifahi danışıq yoxlama keçirilir.

Ümumi İngilis dili hər səviyyə üzrə 32 dərs saatı nəzərdə tutulub.

???? Dərslər tələbənin istəyindən asılı olaraq fərdi və ya kiçik qruplarda olmaqla həm əyani həm də online şəkildə təşkil olunur.

 

General English - Ümumi İngilis dili

Dünya standartlarına uyğun olaraq (TEFL - Teaching English as a Foreign Language) ingilis dilinin tədrisi 6 mərhələdən ibarətdir. Bizim Tədris mərkəzində də bu standartlara uyğun olaraq ingilis dili 6 mərhələdə tədris olunur.

  • Başlanğıc Səviyyə (Beginner level)
  • Elementar Səviyyə (Elementary level)
  • Aşağı Orta Səviyyə (Pre-Intermediate level)
  • Orta Səviyyə (Intermediate level)
  • Yüksək orta Səviyyə (Upper Intermediate level)
  • Mükəmməl səviyyə (Advanced level)

1-ci səviyyə - Beginner

Bu səviyyə sıfırdan başlayaraq təhsil alan tələbələr ücün nəzərdə tutulur. İlkin səviyyədə dilin öyrənilməsində sonrakı mərhələ üçün əsas qoyulur və təhsil prosesinin özünə maraq yaradılır. Material düşünülərək və metodiki səviyyədə verilir. Leksika bölməsi dəqiqliklə hazırlanmışdır. Praktik tapşırıqların məqsədi ünsiyyət təcrübəsinin inkişafı və onun real vəziyyətlərdə əminliklə istifadəsidir. Proqrama fonetika, qrammatikanın əsasları və danışıq daxildir. Təhsili bitirdikdən sonra tələbə çətin olmayan mətnləri oxuya bilər və məişət mövzularında söhbətlər apara bilər.

Məşğələlərdə mövcud olan dostluq atmosferi dil baryerindən azad olmaq imkanı verir. Tədris Britaniyanın və ABŞ-ın aparıcı nəşriyyat evlərinin ən müasir dərs vəsaitləri üzrə aparılır.

Əsas məqsədlərimiz aşağıdakılardan ibarətdir:

  • Tələbələri ingilis dilinin ilkin qrammatik qaydaları ilə tanış etmək
  • Söz ehtiyatı yaratmaq
  • Oxumağı və yazmağı öyrətmək

Bu səviyyədə tələbələr aşağıdakıları öyrənəcəkələr:

  • Gündəlik  sadə  ifadələrdən istifadə etməyi
  • Özünü təqdim etməyi və sadə suallar verməyi
  • Gündəlik məsələlərə (tələbənin özü və ailəsi haqqında ən əsas məlumatlar, alış-veriş, iş həyatı və s.) aid cümlələri və ifadələri başa düşməyi

Kursa daxildir:

  • Oxu, yazı, dinləmə və danışıq: Burada özünü təqdimetmə və salamlama, adlar, ölkələr və millətlər, iş və iş yeri, musiqi, filmlər, televiziya programları, əyləncə, dəvətlər, zaman işlədilərək cümlələrin qurulması və s. öyrədilir.
  • Dinləmə - adları, ölkə adlarını, gündəlik iş cədvəli haqda söhbətləri və s. dinləməkdən ibarətdir.
  • Oxu -  məşhur şəxslər, iş axtaranlar, onlayn alış-veriş və digər mövzularda olan qısa mətnlərdən (300-600 söz həcmində) ibarətdir.
  • Yazı hissəsi şəxsi suallar, sinif yoldaşının tərcümeyi-halı, müxtəlif ölkələrdə qiymət fərqləri və s. mövzularda sualların yazılmasından ibarətdir.

Qrammatikanın öyrədilməsi: “Wh”-lə başlanan suallardan, “be/do” felləri ilə düzələn cümlələrdən, “hə/yox” sualları və “be/do” ilə olan cavablardan, mübtəda, əvəzlik, sifətlərlərdən, indiki zamanda olan cümlələrdən və s. ibarətdir.

2- ci səviyyə - Elementary

“ Elementary ” mərhələsi inglis dilinin qrammatikası və danışıq təcrübəsi haqqında əsaslı məlumatı olan amma kifayət qədər söz ehtiyyatı olmayan tələbələr üçün nəzərdə tutulur. Proqram 4 növ istiqamətin inkişafı üçündür.

  • Müəllimlə tələbənin söhbəti (nitq qavrama qabiliyyəti) 
  • Oxuma 
  • Məktublar 
  • Danışıq
     

Bu səviyyədə əsas məqsəd

  • Danışıq və yazıdakı dəqiqliyi və səlisliyi artırmaq
  • Oxu qabiliyyətini inkişaf etdirmək
  • Yazı qabiliyyətini inkişaf etdirmək

Bir dərsdə 30-35 yeni söz daxil olmaqla gündəlik həyatda istifadə olunan mövzular işlənilir, həmçinin ingilis dilinin əsaslı qrammatikası (əsas zaman formaları və qrammatik konstruksiyalar), dərsdə və evdə aparılan söhbətlər və ev tapşırığı çərçivəsində yazılı tapşırıqlar bura daxildir. Kursu bitirdikdən sonra tələbə mətnin və danışığın əsas məzmununun anlayışını, səyahətlərdə və adi həyat situasiyalarında danışmağı, eşidilənlər və oxunanlar əsasında qısa məlumatlar verilməsini, adi və şəxsi məktubların yazılmasını həyata keçirə bilər.

İlk dərslərdən ingilis dili ilə düzgün məşğul olmaq haqqında təsəvvür verən xüsusi metodikadan istifadə edilir. Proqramda bütün 4 dil vərdişlərini ( dinləmə qabiliyyəti, danışıq qabliyyəti, oxumaq, yazmaq) inkişaf etdirən dərs materiallarının geniş spekterindən istifadə edilir.

3-cü səviyyə - Pre-İntermediate

Pre-İnremediate səviyyəsini bitirdikdən sonra tələbə hər hansı yazılı və ya şifahi məlumatın məzmununu tamamilə anlayır, şəxsi fikrini bildirir, oxuduqları və yazdıqları əsasında ətraflı məlumatlar əldə edir, müəyyən çətinlikdə olan şəxsi və rəsmi yazışmalar aparır, ingilis dilində ədəbiyyat oxuya bilir, xarici səfərlərdə tərcüməçisiz keçinə bilir. Bu kursda alınmış təhsil tələbəyə Beynəlxalq imtahan olan PET (Preliminary English Test) müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

Bu səviyyədə tələbələr kursumuz tərəfindən təşkil olunan və Amerikalı və Britaniyalı müəllimlər tərəfindən aparılan danışıq klubları və müzakirələrdə fəal iştirak edə bilərlər.

4-cü səviyyə - Intermediate

“ Pre-İntermediate “ səviyyəsində ingilis dili haqqında bəzi təcrübələri olan tələbələr üçün nəzərdə tutulur. Təhsilə qrammatika haqqında biliklərin artırılması, söz ehtiyyatının çoxaldılması və danışıq maneələrinin aradan götürülməsi (danışıq təcrübəsi) daxildir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir. İntermediate səviyyəsini bitirdikdən sonra tələbə aşağıdakı qabiliyyətləri əldə edir.

  • Telefon zənglərinə cavab vermək
  • Yazışmalar aparmaq
  • İngilisdilli tanışlarla söhbət etmək
  • Müsahibələrdə iştirak etmək
  • Bu dildə hesabat təqdim etmək
  • İşguzar danışıqlarda iştirak etmək
  • Bu səviyyəyə uyğun ədəbiyyat oxumaq

5- ci səviyyə - Upper-İntermediate

''İntermediate'' səviyyəsində müəyyən bir təcrübəyə malik olan tələbələr üçün nəzərdə tutulur. Təhsil ingilis dilinə praktik və azad şəkildə yiyələnmə, xarici dilli vətəndaşların danışıqlarının tamamilə başa düşülməsinə yönləndirilir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir.Kursu bitirdikdən sonra tələbə müxtəlif mövzularda (məişət mövzularından profesional səviyyəyə qədər) dildən sərbəst şəkildə istifadə edə bilir, xarici vətəndaşlarla rahat ünsiyyət qura bilir, xüsusi və bədii ədəbiyyat oxuya bilir, mətnin məzmununu ümumiləşdirə və izah edə bilir, oxunmuş mətnin icmalını qura bilir.

Bu kursda əldə edilmiş bilikləri tələbəyə Kembric CAE (Cambridge Advanced English) və TOEFL (Test Of English as a Foreign Language) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

6- cı səviyyə - Advanced

“Advance“ kursu tələbələrə biliklərini mükəmməlləşdirmək və onları profesional səviyyəyə çatdırmaq üçün nəzərdə tutulur. Elementar səviyyədən başlayaraq biz tələbəni Advanced (yüksək) səviyyəsinə çatdırırıq ki, bu da ona aşağıdakıları imkan verir.

  • a. İngilis dilinə sərbəst sahib olma 
  • b. İngilis ədəbiyyatını sərbəst oxumaq 
  • c. Şifahi və yazılı – öz fikirlərini sərbəst, gözəl və qrammatik cəhətdən düzgün ifadə etmək. 

Təhsil əsasən söz ehtiyatının artırılması, nitq tərzləri və dil formalarına yönləndirilmişdir. Bu səviyyə böyük söz ehtiyatı və qrammatika haqqında tam biliklər verir. Kursu bitirdikdən sonra tələbə müxtəlif situasiyalarda (xarici vətəndaşla eyni səviyyədə) danışıq dilinə yiyələnə bilir, hər hansı bir səviyyədə və mövzuda sinxron tərcümələr edə bilir. Kursda əldə edilmiş biliklər tələbəyə TOEFL (Test of English as a Foreign Language), CAE (Cambridge Advanced English) və CPE (Certificate Proficiency İn English) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

Hər səviyyənin proqramı 1 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 1 ay ola, bəzən 2 ayadək davam edə bilər.

İxtisaslaşdırılmış ingilis dili kursları

İxtisaslaşdırılmış xüsusi kurslar xarici dili biznes, neft, tibb, hüquq və digər ixtisaslaşdırılmış istiqamət və sahələrdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş kurslardır. Bu kursları keçmək istəyən tələbələrin müəyyən bilik səviyyəsi (3-cü səviyyə və daha yüksək) olmalıdır.

  • Biznes ingilis dili
  • Texniki ingilis dili
  •  HR professionallar üçün ingilis dili
  •  Maliyyə və Bank işi üzrə ingilis dili
  •  Hüquqşünaslar üçün ingilis dili
  •  Mühəndislər üçün ingilis dili
  •  Tibbi ingilis dili
  •   Kurort menecmenti və turizm üçün ingilis dili
  •  Türkiyənin TUS proqramı üzrə inglis dilindən hazırlıq kursları

Biznes ingilis dili kursu

Bu kursun əsas məqsədi işgüzar ingilis dilinin öyrənilməsidir və işguzar ingilis dilini inkişaf etdirmək istəyən şəxslər üçün uyğundur. Bu kurs vasitəsilə siz ümumi ingilis dili biliklərini möhkəmləndirə,  qrammatik biliklərini inişaf etdirə  və söz ehtiyatlarını artıra biləcəksiniz. Bu kurs həmçinin Cambridge Business English Certificate ("BEC") imtahanına  hazırlaşan tələbələr üçün uygundur.

Texniki ingilis dili kursu

Bu kurs, əsasən, aşağıdakı sahələri əhatə edir: texniki terminologiya, müştəri/iş yoldaşları ilə ünsiyyət, neft və qaz sənayesinin tendensiyaları, layihələrin idarə edilməsi. Bu kurs bir sıra əsas sənaye dil bacarıqlarının inkişaf etdirilməsinə yönəlib, və sizə dünyanın ən vacib sahələrinin birində uğur qazanmaq üçün lazım olan əminliyi verəcək.

 

Xüsusi QEYD: Müəllimlərimiz müxtəlif xarici və yerli Universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, PhD dərəcəli, həmçinin CELTA, TEFL, TESOL, TKT, İELTS, TOEFL və s. beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir. Müəllimlərimizin bilik və təcrübəsiylə tanış ola bilməyiniz üçün ödənişsiz olaraq sınaq dərslərimizdə iştirak şansı yaratmışıq.

Korporativ müştərilərin ofisində də dərslərin təşkili də mümkündür.