Psixologiya

Şəxsiyyət psixologiyası

Şəxsiyyət psixologiyası nədir?
Şəxsiyyət psixologiyası insanın daxili dünyasını, davranış tərzini, duyğu və düşüncə sistemini öyrənən psixologiya sahəsidir. Bu sahə hər bir insanın özünəməxsus fərqliliklərini, reaksiya modellərini və münasibətlərdəki davranış nümunələrini araşdırır. Şəxsiyyət psixologiyası insanın kim olduğunu, nə üçün müəyyən şəkildə davrandığını və zamanla bu davranışların necə dəyişə biləcəyini başa düşmək üçün açar rolunu oynayır.İnsanlarla effektiv ünsiyyət qurmaq, münasibətləri düzgün dəyərləndirmək və həm şəxsi, həm də peşəkar həyatımızda balansı qorumaq üçün şəxsiyyət psixologiyasını başa düşmək vacibdir. Bu sahə bizə həm özümüzü, həm də başqalarını daha dərindən anlamağa kömək edir. Bu da sosial uyğunlaşmanı artırır, stress və konfliktlərin idarə olunmasını asanlaşdırır.

Şəxsiyyət psixologiyasının əsas məqsədi nədir?
Bu sahənin əsas məqsədi insanların fərdi xüsusiyyətlərini müəyyən etmək, izah etmək və təxmin etməkdir. Buraya aşağıdakılar daxildir:
-İnsanların özlərini və başqalarını necə qavradıqları
-Emosional və davranış reaksiyalarının səbəbləri
-Həyat boyu şəxsiyyətin necə formalaşması və dəyişməsi
-Stress, travma və ya sosial təsirlərin şəxsiyyətə təsiri

Kurs kimlər üçün uyğundur?
Bu kurs aşağıdakı şəxslər üçün xüsusi ilə faydalıdır:

  • Psixologiya təhsili alan və ya almaq istəyən tələbələr
  • İnsan münasibətlərini daha dərindən anlamaq istəyənlər
  • Şəxsi inkişaf və özünü tanıma yolunda irəliləmək istəyənlər
  • Təhsil, HR, sosial xidmət və psixoloji dəstək sahələrində çalışanlar

Kurs çərçivəsində aşağıdakı əsas anlayışlar öyrədiləcək:

  • Şəxsiyyət tipi və temperamenti
  • Daxili və xarici motivasiya
  • Müdafiə mexanizmləri
  • Özünüqavrama və özünüdərk
  • Davranış modelləri və şərtlənmə
  • Empatiya və sosial münasibətlər
  • Stress və şəxsiyyətin davranışa təsiri
  • Şəxsiyyət testləri və ölçmə metodları