İxtisasartırmalar - Təlimlər

“Kargüzarlıq, Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin qurulması

Dövlət və İqtisadiyyatın idarə edilməsində və onun çevikliyinin təmin olunmasında mühüm yerlərdən birini sənədləşdirmə və sənədlərlə işin təşkili tutur

Kursu bitirənlər - dövlət idarəetmə orqanları arasında, idarəetmə aparatının vəzifəli şəxsləri arasında, xüsusi müəssisələr arasında və bunlarla vətəndaşlar, işçilər arasında sənədlərlə işin aparılmasını, onların hərəkətinin nizamlanmasını, istifadə olunmasını, saxlanması qaydalarını və hüquqi münasibətlərin formalaşdınlması məsələlərinin tənzimlənməsi biliklərinə yiyələnəcəklər.

Təlimin proqramı
  1. KARGÜZARLIQ VƏ SƏNƏDLƏŞMƏ

Mövzu 1. KARGÜZARLIQ

  • Kargüzarliğin ümumi əsasları;
  • Müəssisədə sənədləşmələrin aparılması (müxtəlif şöbələr üzrə);
  • Sənədlərlə işin təşkili.

Mövzu 2. SƏNƏD

  • Sənədlərin əhəmiyyəti və növləri;
  • Sənədlərin rolu;
  • Sənədlərin təsnifatlandırılması.

Mövzu 3. SƏNƏDLƏŞMƏYƏ QOYULAN TƏLƏBLƏR. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”. Beynəlxalq standartlar (İSO9001:2015)

  • Sənədlərin vahid formada tərtib edilməsinin əhəmiyyəti;
  • Sənədlərə rekvizitlərin qoyulması;
  • Sənədlərin hüquqi əhəmiyyəti;
  • Sənəd blankları. 

Mövzu 4. TƏŞKİLATİ-SƏRƏNCAMVERİCİ SƏNƏDLƏR

  • Təşkilati sənədlər;
  • Sərəncamverici sənədlər;
  • Məlumat xarakterli sənədlər;
  • Şəxsi heyət ilə bağlı sənədlər;
  • Kommersiya sənədlər;
  • İşçilərin müraciət sənədləri;
  • Konfidensial sənədlər.

Mövzu 5. SƏNƏDLƏRLƏ İŞİN QURULMASININ ƏSAS PRİNSİPLƏRİ

  • Sənəd dövriyyəsi;
  • Sənədlərin əsas qrupları (daxil olan, xaric olan və daxili);
  • Daxil olan sənədlərlə işin təşkili:
  • Hazırlanma etapı (ilkin, təkrar baxış, qeydiyyat və s.);
  • Xaric olan sənədlərlə işin təşkili:
  • Hazırlanma etapı (ilkin, təkrar baxış, qeydiyyat və s.);
  • Daxili sənədlərlə işin təşkili:
  • Şablonların hazırlanması, sənəd iyerarxiyası, sənədlərin komplektləşdirilməsi və onların qovluqlar üzrə paylanması;
  • Sənədlərin icrasına nəzarət.
  • Sənədlərin icra müddətləri.

Mövzu 6. SƏNƏDLƏRİN SİSTEMLƏŞDİRİLMƏSİ VƏ ONLARIN ARXİBLƏŞDİRİLMƏSİ QAYDALARI. SƏNƏDLƏRİN SAXLANMASI MÜDDƏTLƏRİ

  • Sənədlərin nomenklaturası;
  • Sənədlərin ləğv edilmə və məhv edilmə qaydaları.
  •  
  • ELEKTRON SƏNƏDLƏŞMƏ VƏ ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ
  • Daxil olan sənədlər;
  • Xaric olan sənədlər;
  • Yazışmalar.