Proqram hər dərs 2 saat olmaqla 12 dərsdən ibarətdir. Əmək qanunvericiliyinin bütün mövzularını əhatə edir. Əmək qanunvericiliyi sahəsində çalışanların biliklərini təkmillşdirmək, eyni zamanda hər bir öz əmək hüququnu bilmək istəyənlər üçün çox səmərəli kursdur. Kursun proqramı 2011-ci ildən bugünədək təkmilləşdirilərək iştirakçılar üçün asan qavranılan və praktik olaraq əlverişli şəklə çatdırılmışdır. Təlimin formatına iştirakçıların xahişi nəzərə alınaraq dəyişiklik edilə bilər.
Mövzu 1. Əmək qanunvericiliyi haqqında ilkin anlayış.
Mövzu 2. Müqavilələr və sazişlər haqqında ümumi anlayış.
Mövzu 3. Əmək müqaviləsi.
Mövzu 4. İşçilərin əmək şəraiti.
Mövzu 5. İş vaxtının rejimi.
Mövzu 6. Əmək haqqı haqqında ümumi məlumat.
Mövzu 7. Məzuniyyət
1. Məzuniyyətin növləri.
2. Məzuniyyətlərin rəsmiləşdirilməsi qaydaları, məzuniyyət əmrlərinin hazırlanması.
3. Məzuniyyətin bir vaxtdan başqa vaxta keçirilməsi.
4. Məzuniyyətlərin hissələrə bölünməsi.
5. Məzuniyyətdən gerı çağırma.
6. Məzuniyyət haqlarının hesablanması.
7. İşdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydaları
Mövzu 8. Əmək və icra intizamı.
1. Əmək və icra intizamını tənzimləyən sənədlər.
2. İşçilərin cəzalandırılması və mükafatlandırılması.
3. İşçilərin işdən kənarlaşdırılmasının rəsmiləşdirilməsi.
4. İntizam məsuliyyətinin rəsmiləşdirilməsi qaydaları.
Mövzu 9. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti.
1. İşəgötürənin məsuliyyəti.
2. İşçinin maddi məsuliyyət.
3. İşçinin tam maddi məsuliyyəti.
4. Tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanması.
Mövzu 10. İşçilərin işdən azad edilməsi.
1. Əmək müqaviləsinin ləğv edilməsinin əsasları və bunun üçün zəruri sayılan sənədlər.
2. Müddətli əmək müqaviləsinin ləğv edilməsi qaydası.
3. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları.
4. Müavinətlər və son haqq hesabların hesablanması qaydaları.
5. İşdən çıxan işçilərə təqdim olunacaq sənədlər.
Mövzu 11. Əmək kitabçaları.
1. İşçilərin əmək kitabçası və onun tərtibi qaydaları.
2. İlk dəfə əmək kitabşasının açılması.
3. Əmək kitabşasına qeydlərin daxil edilməsi.
4. Əmək kitabşasına düzəlişlərin daxil edilməsi.
Mövzu 12. İcbarı tibbi müayinələr.
Mövzu 13. Ümumi mövzular