TOEFL, IELTS, SAT, GMAT

GMAT kursları

GMAT (Graduate Management Admission Test) – biznes və menecment sahəsində təkmilləşmək məqsədilə biznes məktəblərə, MBA proqramlarına daxil olmaq istəyən şəxslərin analitik yazı, kəmiyyət, şifahi və oxuma bacarıqlarını qiymətləndirən bir testdir.

GMAT  üç əsas  bölümdən  ibarətdir:

Oxuma (verbal) biliklər

Riyazi (quantitative) biliklər

Analitik yazı (analytical writing) biliklər

GMAT imtahanı da TOEFL imtahanı kimi kompüter vasitəsilə keçirilir.  Lakin dünyanın bəzi ölkələri var ki, orada kompüterlə imtahan vermək mümkün olmadıqda yazılı olaraq GMAT imtahanı vermək mümkündür.

GMAT imtahanı hal-hazırda MBA proqramı üçün daha da məşhurdur və təkcə Amerikanın deyil, eyni zamanda dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edir.

Dərslər fərdi və kiçik qruplar şəklində tədris olunur.