SAT (Scholastic Aptitude Test). ABŞ və Kanadanın ali təhsil ocaqlarında, eləcə də Avropanın bir çox universitetlərində təhsil almaq qərarına gələn abituriyent və tələbələrin bu imtahanı verməsi zəruridir.
SAT imtahanı iki qrupa ayrılır:
SAT I – Reasoning Test
SAT II – Subject Test
SAT imtahanı iki qrupda olmasına baxmayaraq bir çox universitetlər əsasən SAT I tələb edirlər. Reytinqli universitetlər isə hər iki SAT imtahanını tələb edirlər. SAT imtahanında hər bölmə üzrə minium bal 200, maksimum bal isə 800 baldır( yəni toplam maksimal 2400). Yüksək səviyyəli universitetlərə qəbul olmaq üçün hər kmponent üzrə ən azı 600 – 700 bal toplamaq lazımdır. SAT üç növü vardır: Yazı (writing), tənqidi oxuma (critical reading), Riyaziyyat (mathematics). Müddəti 5 ildir.
Son zamanlar Azərbaycanlılar üçün önəmli ölkə olan Türkiyə universitetləri də YÖS imtahanını ləğv edərək SAT imtahanı tələb edirlər. Belə ki, yaxşı Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və üstəgəl TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilisdilli proqramlara aid olur. Bununla yanaşı proqram Türk dilində olarsa, o zaman TÖMER və ya ALES imtahanı verməlisiniz. Əks halda bakalavr dərəcəsinə başlamazdan əvvəl bir il türk və ya ingilis dilini oxumaq lazımdır.
Dərslər fərdi və kiçik qruplar şəklində tədris olunur.
2023-cü ildən etibarən şagirdlərin xaricdə bakalavr təhsili üçün vacib olan SAT imtahanı bəzi ölkələrdə dijital formada keçiriləcək. “College Board”un rəsmi paylaşımlarına əsasən dijital SAT imtahanının strukturu və sual növləri köhnə versiyadan əsaslı formada fərqlənir.
Dijital SAT imtahanı iki əsas hissədən ibarətdir: İngilis dili verbal (oxu və yazı bacarıqları) və riyaziyyat.
Tələbələrə imtahan prosesində ingilis dili üçün 64, riyaziyyat üçün 70 dəqiqə vaxt verilir. İmtahan ümumilikdə 2 saat 14 dəqiqə davam edir. İngilis dili və riyaziyyat bölmələri arasında 10 dəqiqəlik fasilə olur. Hər bölmə (ingilis dili və riyaziyyat) eyni test sayında 2 modula ayrılır. Hər bölmənin ilk modulu fərqli çətinlikdə suallardan ibarət olur.