ACCA, CIA, DipIFR, CFA

ACCA Fundamental mərhələ

ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 432 000 tələbə və 154 000 üzv qeydiyyatdadır.

Onun məqsədi dünya üzrə mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən tələbkar, qabiliyyətli və ambisiyalı insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir.

ACCA ən yüksək professionallıq, etika və  idarəetmə standartlarına nail olmaq və bu standartları təbliğ etmək, həmçinin ictimai marağın artırılması üçün çalışır. ACCA təşkilatının reputasiyası 100 ildən artıq mühasibatlıq və maliyyə sahəsində kvalifikasiyaların təmin edilməsinə əsaslanır.

 Hal-hazırda Azərbaycanlı ACCA tələbə və üzvləri ölkənin iri yerli və xarici şirkətlərində, maliyyə və audit müəssisələrində çalışırlar.

ACCA FUNDAMENTALS

Fundamentals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir. Bu fənlərə hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

 Knowledge modulu

  • F1 Accountant in Business (AB) - (3 ay - 48 saat)
  • F2 Management Accounting (MA) - (3 ay - 48 saat)
  • F3 Financial Accounting (FA) - (3 ay - 48 saat)

Skills modulu

  • F4 Corporate and Business Law (CL) - (3 ay -48 saat)
  • F5 Performance Management (PM) - (3 ay -48 saat)
  • F6 Taxation (TX) - (3 ay -48 saat)
  • F7 Financial Reporting (FR) - (3 ay -48 saat)
  • F8 Audit and Assurance (AA) - (3 ay -48 saat)
  • F9 Financial Management (FM) - (3 ay -48 saat)

Qeyd: Knowledge modulu (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir. Bu fənlərə hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

 Bütün Fənlərin Keçid Balı (100%-dən) 50%-dir. Namizəd bir imtahan sessiyasında fənlərin ardıcıllığını pozmadan 4 imtahana qədər verə bilər. Knowledge modulun imtahanları 2 saat davam edir. Bunlar həm kompüter-əsaslı (nəticələr dərhal bilinir), həm də kağız üzərində yazılan ənənəvi imtahandan ibarətdir. Skills modulunun 3 saat 15 dəqiqə davam edəcək və bu imtahanlar müxtəlif qiymətləndirmə metodlarından istifadə edərək qısa cavab tələb edən suallar, genişləndirilmiş hesablama çalışmaları, esselər, ssenarilər və tipik olmayan hadisələrə əsaslanmış nümunələrdən ibarət olacaqdır.

Sertifikatlaşdırılmış Mühasib olmaq üçün sizdən 14 imtahanın hamısının verilməsi tələb olunur. Hər sessiyada 2-3 imtahan verməklə bütün ACCA proqramları 2-3 ilə tamamlanır. ACCA-in praktik təcrübəsi tələblərini yerinə yetirməli və onlayn rejimdə Peşə Etikası modulunu bitirməlisiniz. Praktik işin tələbi - işəgötürənin rəhbərliyi altında 3 illik mühasibat sahəsində iş təcrübəsidir. Bu təcrübə, ACCA-dən əvvəl, ACCA müddətində, və ya ACCA-dən sonra əldə edilə bilər.