ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 432 000 tələbə və 154 000 üzv qeydiyyatdadır.
Onun məqsədi dünya üzrə mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən tələbkar, qabiliyyətli və ambisiyalı insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir.
ACCA ən yüksək professionallıq, etika və idarəetmə standartlarına nail olmaq və bu standartları təbliğ etmək, həmçinin ictimai marağın artırılması üçün çalışır. ACCA təşkilatının reputasiyası 100 ildən artıq mühasibatlıq və maliyyə sahəsində kvalifikasiyaların təmin edilməsinə əsaslanır.
Hal-hazırda Azərbaycanlı ACCA tələbə və üzvləri ölkənin iri yerli və xarici şirkətlərində, maliyyə və audit müəssisələrində çalışırlar.
ACCA PROFESSİONAL
Professional mərhələsi iki modula, Essentials (əsas fənlər) (P1-P3) və Options (əlavə, fakültativ fənlər) (P4-P7) moduluna bölünür. Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun nəzərdə tutulmuş şəkildə tərtib olunmuşdur. Bu mərhələnin tədris proqramı artıq mövcud texniki bacarıqların artırılmasına, peşə bacarıqlarının daha dərindən öyrənilməsinə, habelə yüksək səviyyəli məsləhətçi rolunda çıxış edən mütəxəssislərdən tələb olunan metodika və dəyərlərin əldə edilməsinə yönəlib. Bütün namizədlər Essentials modulunun hər üç fənnini bitirməlidirlər. Options modulu dörd imtahandan ibarətdir. Bu imtahanların məzmunu Fundamentals səviyyəsinin Skills modulundakı ekvivalent imtahanların məzmuna əsaslanır. Namizədlər dörd fakültativ fəndən ikisini seçməlidirlər.
Essentials Module
Options Module
Bütün Fənlərin Keçid Balı (100%-dən) 50%-dir. Professional səviyyənin imtahanları 3 saat 15 dəqiqə davam edəcək və bu imtahanlar müxtəlif qiymətləndirmə metodlarından istifadə edərək qısa cavab tələb edən suallar, genişləndirilmiş hesablama çalışmaları, esselər, ssenarilər və tipik olmayan hadisələrə əsaslanmış nümunələrdən ibarət olacaqdır.
Sertifikatlaşdırılmış Mühasib olmaq üçün sizdən 14 imtahanın hamısının verilməsi tələb olunur. Hər sessiyada 2-3 imtahan verməklə bütün ACCA proqramları 2-3 ilə tamamlanır. ACCA-in praktik təcrübəsi tələblərini yerinə yetirməli və onlayn rejimdə Peşə Etikası modulunu bitirməlisiniz. Praktik işin tələbi - işəgötürənin rəhbərliyi altında 3 illik mühasibat sahəsində iş təcrübəsidir. Bu təcrübə, ACCA-dən əvvəl, ACCA müddətində, və ya ACCA-dən sonra əldə edilə bilər.