Dizayn Kursları

Adobe Photoshop kursları

Adobe Photoshop proqramı həm həvəskarlar, həm də mütəxəssislər tərəfindən istifadə olunan peşəkar bir proqramdır. Mac və Windows platformasını dəstəkləməsi, həmçinin effektiv interfeys və zəngin alətlər çubuğuna malik olması Adobe Photoshop proqramını əksər dizaynerlərin seçimi edib.

Veb-dizaynerlərdən fotoqraflara qədər qrafika tələb olunan hər bir sahədə istifadə olunur. Adobe Photoshop ilə edə biləcəyiniz yalnız sizin təsəvvürünüz ilə məhdudlaşır.

Adobe Photoshop kursu hal-hazırda dizayner, veb dizayner və fotoqraf kimi çalışan və ya gələcəkdə dizayner olmağı planlaşdıran şəxslər üçündür.

Photoshop kursu həftədə 3 dəfə 1 saat və ya 2 dəfə 1.5 saat olmaqla 2 aya tədris edilir.

 Dərslər 2-4 nəfərlik qruplarla və ya fərdi qaydada keçirilir. Müəllimlər bu sahədə illərlə təcrübəsi və praktiki biliyi mükəmməl olan mütəxəssislərdir. 

 Biz təhsilimizin keyfiyyətinə 100% zəmanət veririk və sizə 1 saat ödənişsiz sınaq dərsi veririk.