Testimonials

Əşrəf Seyidəhmədov

 Autocad kursuna başlamazdan əvvəl bu proqram haqqında heç bir bilgim yox idi, tam sıfırdan başladım. Kurs müddətində isə 2D çertyojları oxumağı, 2D fiqurların çəkilməsini, həmçinin 3D formatında fiqurların yaradılmasını öyrəndim. 3D obyektləri sıfırdan formalaşdırmaq artıq mənim üçün bir macəra oldu. Bu yolda mentorum hər zaman yanımda oldu, mənə dəstək verdi və inkişafımda böyük rol oynadı. Bu təcrübə mənə dizayn dünyasına qapı açdı və Autocad biliklərimi möhkəm təməl üzərində qurmağa kömək etdi. STİMUL Təhsil Mərkəzinə və əməkdaşlarına öz təşəkkürümü bildirirəm.