Kurslar

Mühasibatlıq kursları

STİMUL Education & Consulting peşəkarlığını artırmaq istəyən mühasibləri və mühasibatlıq üzrə yeni fəaliyyətə başlamaq istəyənləri Mühasibatlıq sahəsi üzrə aşağıdakı kurslarımızda iştiraka dəvət edir:
 

- Milli Mühasibatlıq

- Bank Mühasibatlığı

- Milli Mühasibat Uçotu Standartları

- Beynəlxalq Mühasibatlıq

- Beynəlxalq Mühasibat Uçotu Standartları

- Vergi Uçotu və Vergi Qanunvericiliyi

- 1C Mühasibatlıq proqramı (7.7, 8,2 və 8.3 versiyaları)

- 1C Ticarət Anbarı (7.7 versiyası)

- Mühasiblər və Auditorlar üçün EXCEL

“1C Mühasibatlıq” proqramının tədrisi istəyə uyğun olaraq həm yeni, həm də köhnə hesablar planı ilə olmaqla tədris olunur.
 

Müəllim və Treynerlərimiz peşəkar mühasiblər, auditorlar, maliyyə menecerləri və sərbəst mühasiblik fəaliyyəti göstərən mütəxəssislərdir. Dərslərimizin yüksək səviyyədə tədris olunduğuna əmin olmağınız üçün faktiki dərslərimizin hər hansı birində ödənişsiz şəkildə iştirak edib daha sonra qərar verə bilərsiniz.
 

Dərslərimiz fərdi və kiçik qruplarda olmaqla tədris olunur.
 

Milli Mühasibatlıq kursunun Proqramı

  1. Mühasibat uçotu haqqında anlayış. Müəssisədə sənəd dövriyyəsi. Təsərrüfat vasitələrinin tərkibi.
  2. Mühasibat balansının quruluşu. Mühasibat quruluşunun hesablar sistemi. Hesabların təsnifatı.
  3. Müəssisənin mühasibat uçotunun hesablar planı.
  4. Əsas vəsaitlər, əsas vəsaitlərin daxil olması, əsas vəsaitlərin köhnəlməsi (amartizasiya), icarə əməliyyatları.
  5. Azqiymətli tezköhnələn əşyalar, onların istehsalatda silinməsi qaydası. Əmlakın inventarizasiyası.
  6. Ciddi blanklar və onların doldurulma qaydası (ƏDV, AKSİZ).
  7. Analitik və sintetik dövriyyə cədvəli.
  8. Malsatan və potradçılarla hesablaşmalar, avanslar üzrə, alınanlar və sifarişlərlə hesab.
  9. Əməyin ödənilməsi, işçi heyəti ilə hesablaşmalar. Fiziki şəxslərin gəlir vergisi. Təsisçilərlə hesablaşma. DSMF və Həmkarlar.
  10. İstehsal məsrəfləri, gələcək dövrün xərcləri, istehsalatda zay məhsul, iş və xidmətlərin buraxılışı.
  11. Məhsulların maya dəyərinin hesablanması.
  12. Büdcəyə ödənilən vergilər: Əmlak vergisi, Mənfəətdə vergisi, Xalis mənfəət vergisi, Torpaq vergisi, Yol vergisi və s.
  13. Hazır məhsul mallar və satış. Tədavül xərcləri, kommersiya xərcləri. Məhsulun satışı. Barter əməliyyatı.
  14. Pul vəsaitləri, kassa hesabatı, hesablaşma hesabı, valyuta hesabı, bankda olan xüsusi hesablar. Yolda olan köçürmələr.
  15. Mənfəət və zərər, mənfəətin istifadəsi, şəxsiyyətin mənfəətdən vergisi, R-DN formasının doldurulma payı.
  16. Nizamnamə kapitalı, ehtiyat kapitalı, əlavə kapital. Bölüşdürülməmiş mənfəət. Qarşıdakı ödəmə ehtiyatı.
  17. Kassa ilə hesablaşmalar
  18. Bankla hesablaşmalar
  19. Bank krediti, işçilər üçün bank krediti, uzun müddətli və qısa müddətli bank krediti. Statistika hesabatı. Nəzarət kitabçası.
  20. Şaxmatka. Vergi blanklarının doldurulması.

SİZƏ ZƏNG EDƏK