Kompüter kursları

Windows Server kursları

Windows Server kurslarına başlaya bilməyiniz üçün tələb olunan başlanğıc biliklər hansılardır?

Windows Server təliminə keçmədən öncə texniki xidmət və ümumi şəbəkə anlayışına sahib olmaq lazımdır. Odur ki, Windows Server öyrənmək üçün başlanğıc biliklər kimi Texniki Xidmət və Şəbəkə Xidməti təlimlərini keçməlisiniz.

Windows Server Administratoru şirkətlərin Windows Server platforması üzərində qurulmuş serverlərinin infrastrukturunu idarə edən mütəxəssisdir. Bu mütəxəssis mühəndis layihələrinin texniki dəstəyini təmin edir; serverlərin inşası və konfiqurasiyası işlərindən məsuliyyət daşıyır. Ümumiyyətlə isə Windows Server Administratorunun gördüyü işlərin 60%-i əməliyyat, 20%-i mühəndislik və 20%-i də texniki dəstəkdən ibarətdir.

Windows Server Administratorları bir sıra dövlət və özəl müəssisələrdə, o cümlədən nazirlik və komitələrin, özəl şirkətlərin və eləcə də bankların İT departamentlərində sistem inzibatçısı vəzifəsində çalışa bilər.

STİMUL təhsil mərkəzində Windows Server dərsləri, öz ixtisasları üzrə çalışan təcrübəli kadrlar və pedaqoji savada malik mütəxəssislər tərəfindən keçirilir. Yalnız onlar texniki ixtisasları ən başa düşülən tərzdə tədris edə bilərlər. Windows Server təlimi də məhz bu cür praktiki təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Dərslər əsasən nəzəri və praktik əsslarla tədris olunur. Bununla belə, bizim təlimçilər daha çox praktiki yönə üstünlük verirlər. Dərslərdə qısa nəzəri biliklər verildikdən sonra praktiki məşğələlərə diqqət yönəlir. Həm sinif otaqlarımız və laboratoriyalarımızda, həm də evə verilən tapşırıqlarda praktiki vərdəşlərin daha dərindən yiyələnməsi qarşıya məqsəd qoyulur.

Kursun sonunda nələr əldə edəcəksiniz?

Siz, Windows Server təlimini bitirdikdən sonra Windows Server platformalı serverləri idarə etməyi bacaracaqsınız. Bununla da Siz aşağıdakı bilik və bacarıqlara yiyələnmiş olacaqsınız:

- Server əməliyyat sisteminin, və eləcə də fayl və qovluq xidmətlərinin idarə olunması;
- Proqram təminatlarının distributivasiya və yenilənmələri;
- Təyin olunmuş serverlərin profillənməsi və monitorinqi;
- Mərkəzi idarəetmə sisteminin qurulması;
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması.