Excel ilə Analitika: Məlumat əsaslı qərarların effektiv aləti
Microsoft Excel, müxtəlif sahələrdə məlumatların idarə olunması və təhlili üçün ən geniş istifadə olunan proqram təminatlarından biridir. İstifadəçi dostu interfeysi və funksional imkanları sayəsində Excel Analitika, həm fərdi istifadəçilər, həm də biznes qurumları üçün effektiv və operativ təhlil imkanı yaradır.
Excel-də analitik təhlilin əsas imkanları:
• Məlumatların strukturlaşdırılması və təmizlənməsi (Filter, Sort, Data Validation, Remove Duplicates və s.)
• Funksional təhlil (IF, VLOOKUP, INDEX-MATCH, SUMIFS, COUNTIFS kimi funksiyalarla hesablama və əlaqələndirmə)
• Pivot Table və Pivot Chart vasitəsilə böyük verilənlərin tez və rahat qruplaşdırılması, təhlili
• Vizual təqdimatlar (diaqramlar, qrafiklər, rəngli formatlaşdırma ilə məlumatların aydın şəkildə göstərilməsi)
• Ssenari təhlili və proqnozlar (Goal Seek, What-If Analysis alətləri ilə fərqli vəziyyətlərin müqayisəli təhlili)
Excel Analitika hansı sahələrdə tətbiq olunur?
• Maliyyə və mühasibatlıq
• Satış və marketinq analizi
• Təhsil statistikası
• İnsan resurslarının hesabatlandırılması
• Layihələrin idarə olunması
Proqramın yekununda imtahandan uğurla keçən hər bir iştirakçıya sertifikat təqdim olunur.
Dərslərimiz istəkdən asılı olaraq əyani və ya online şəkildə, fərdi və ya kiçik qruplarda olmaqla təşkil olunur.
✅Proqramın tədris keyfiyyətindən əmin olmağınız üçün qeydiyyatdan keçərək sınaq dərslərimizdə ödənişsiz olaraq iştirak edə bilərsiniz.