Kompüter kursları

Linux kursları

Linux əməliyyat sistemini dərindən öyrənmək və sistem idarəetməsi bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, “Linux Sistem İdarəçiliyi” kursumuza qatılın.

Proqram 3 ay müddətində (48 saat) tədris olunur və əlavə olaraq praktiki işlər vasitəsilə əldə etdiyiniz bilikləri möhkəmləndirəcəksiniz.

✅ Tədris, həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla fərdi və ya kiçik qruplar şəklində həyata keçirilir.
İlk dərs sınaq dərsi olaraq təqdim edilir və ödənişsizdir.

“Linux” PROQRAMI

Modul 1: Linux Əməliyyat Sisteminin Ümumi Tanıtımı və Əsas Linux Paylanmaları: Ubuntu, CentOS, Debian və digər əsas sistemlərin müqayisəsi və istifadə sahələri

Modul 2: Linux Fayl Sistemi Strukturu və Əsas Qovluqların İzahı: /etc, /var, /home, /usr, /bin və digər vacib qovluqların rolu və funksiyaları

Modul 3: Fayl və Qovluq İcazələrinin İdarə Edilməsi: chmod, chown, chgrp vasitəsilə fayl və qovluqların hüquqlarının qurulması və dəyişdirilməsi

Modul 4: Əsas Fayl Əməliyyatları: fayl və qovluqların yaradılması, surətlənməsi, silinməsi və idarə olunması üçün cp, mv, rm, touch, mkdir kimi komandaların istifadəsi

Modul 5: Fayl Məzmununun Görüntülənməsi və Redaktə Edilməsi: cat, nano, vi/vim alətləri ilə faylların baxılması və redaktə üsulları

Modul 6: Fayl Axtarışı və Məzmunun Filtrlənməsi: find, locate, grep komandalarının istifadəsi və real dünya tapşırıqları

Modul 7: İstifadəçi və Qrup İdarəetməsinin Əsasları: istifadəçilərin və qrupların yaradılması, silinməsi və parolların idarə olunması (useradd, userdel, groupadd, groupdel, passwd)

Modul 8: Paket İdarəetmə Sistemləri: apt, yum, dnf ilə paketlərin axtarışı, quraşdırılması, silinməsi və repozitoriyaların idarə olunması

Modul 9: Arxivləmə və Sıxışdırma Əməliyyatları: tar, gzip, bzip2, xz vasitəsilə fayl və qovluqların arxivləşdirilməsi və sıxışdırılması

Modul 10: Linux Xidmətlərinin və Demonların İdarə Edilməsi: systemd və systemctl vasitəsilə xidmətlərin başladılması, dayandırılması və avtomatik işə düşməsi

Modul 11: Disk İdarəetməsi və Montaj: disk bölmələrinin yoxlanması, formatlanması və fayl sisteminə qoşulması (lsblk, fdisk, mkfs, mount, /etc/fstab)

Modul 12: LVM ilə Disk İdarəetməsi-PV,VG,LV anlayışları

Modul 13: SELinux ilə Təhlükəsizlik İdarəetməsi

Modul 14: Şəbəkə Konfiqurasiyası və İdarəetmə

Modul 15: Firewalld ilə zonalar və xidmətlərin idarə olunması

Modul 16: SSH server qurulması və konfiqurasiyası (sshd_config)

Modul 17: Proseslərin Monitorinqi və İdarə Edilməsi: aktiv proseslərin izlənməsi, dayandırılması və tapşırıqların avtomatlaşdırılması (ps, top, htop, kill, killall, cron, at)

Modul 18: Veb Serverlərin Quraşdırılması və İdarə Edilməsi: Apache və Nginx serverlərinin quraşdırılması, əsas konfiqurasiya, virtual hostların yaradılması və logların izlənməsi

Modul 19: Fayl Paylaşma Xidmətləri: NFS ilə Linux fayl paylaşımı və Samba vasitəsilə Windows-Linux fayl paylaşımının qurulması və əsas parametrləri

Modul 20: Jurnal Xidmətləri və Logların İdarə Edilməsi: rsyslog ilə sistem jurnallarının toplanması, əsas log fayllarının təhlili

Modul 21: Ansible quraşdırılması və inventar fayllarının yaradılması,playbook və modul anlayışları

Modul 22: Docker ilə Konteyner Texnologiyaları

Modul 23: Podman pod anlayışı və podların idarə olunması

Modul 24: Kubernetes ilə Orkestrasiya Əsasları