Qrafik dizayner olmağı arzulayanları, həmçinin bu sahə üzrə biliyini praktik olaraq təkmilləşdirmək istəyənləri standart və professional paket formasında təqdim olunan Adobe Photoshop, Corel Draw, Adobe Illustrator, Adobe Indesign proqramlarını öyrənməyə dəvət edirik.
Corel Draw qrafik dizaynların əsas növlərini, Afişa, Loqo, Broşur, Vizit kart və s. hazırlamağı bacaracarmaq üçün tövsiyyə olunur. Bundan başqa, müxtəlif foto-montaj, şəkillər üzərində dəyişikliklər və s. bu kimi əməliyyatları yerinə yetirə bilmək üçün Corel Draw-nu öyrənmək məsləhət görülür.
Adobe Photoshop çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, raster təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir.
Adobe Illustrator vektor şəkillər hazırlamaq üçün işinizə yaraya biləcək proqramdır. Logo, eskiz, tipoqrafiya, veb üçün illustrasiyalar hazırlaya bilərsiniz.
Adobe InDesign proqramı Adobe firmasının yaratdığı, çoxşaxəli dizayn proqramıdır. Firma daxilində bu proqram K2 (Quark Killer) olaraq da adlandırılır. Mətbuat, tablet cihazlar və başqa ekranlarda səhifələrin dizayn edilməsi üçün geniş istifadə edilir.
Dərslər seçimdən asılı olaraq fərdi və kiçik qruplarda olmaqla sırf praktik əsaslarla tədris olunduğu üçün bu kursu bitirərək rahatlıqla qrafik dizayner olaraq çalışa biləcəksiniz.
Hər bir proqramın davametmə müddəti 2 ay olsa da bu müddət tələbədən də asılı olaraq dəyişir.
İlk dərs sınaq dərsidir və ödənişsizdir.
QEYD: Tədris edilən hər dərslərin video yazısı da tələbəyə təqdim olunur ki, bu da sonradan keçilənləri təkrar etmək üçün çox önəmlidir.