Kompüter kursları

3D Dizayn kursları

????️????⚙️Memarlıq, dizayn, mühəndislik sahəsində işləmək və bu sahə üzrə təcrübəsini artırmaq istəyənləri standart və professional paket olmaqla 3D Dizayn kurslarını, AutoCad, ArchiCad və 3D Max, V-Ray proqramlarını öyrənməyə dəvət edirik.

✅Dərslərimiz seçimdən asılı olaraq fərdi və ya kiçik qruplarda olmaqla əyani və ya online şəkildə tədris olunur. Tədris edilən hər dərsin video yazısı da tələbəyə təqdim olunur ki, bu da keçilənləri təkrar etmək üçün çox önəmlidir.

????‍???? Ödənişsiz sınaq dərsimizdə iştirak edərək dərslərimizin keyfiyyətindən və müəllimlərimizin peşəkarlığından əmin olun. 

Autodesk AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layhələrinin işlənməsində tətbiq olunur. Bu proqram sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına (2-ölçülü və 3-ölçülü həndəsi obyektlərin yaradılmasına) qədər işləri yerinə yetirməyə imkan verir. Bu proqram təminatını bir çox xırdalıqlara qədər düşünülüb və tam şəkildə bir tikinti layihəsi hazırlamağa imkan verir. Bu kursda siz adı çəkilən proqram təminatı barədə maksimum bilik əldə edib, gələcəkdə müxtəlif şirkətlərdə yüksək maaşla çalışa bilərsiniz.

ArchiCAD – avtomatlaşdırılmış layihələndirmə sisteminin Macarıstanın Graphisoft  firması  tərəfindən  yaradılmış qrafik  proqram paketidir. Memarlıq- inşaat  konstruksiyalarının, eləcə  də  landşaft,  mebel və s. elementlərin layihələndirilməsi üçün nəzərdə tutulmuşdur.

Proqramda  iş  zamanı  «virtual  bina»  konsepsiyasından istifadə edilir. İşin mahiyyətinə görə  ArchiCAD real binanın həqiqi ölçülərə əsasən yerinə yetirilmiş və kompüterin yaddaşında  mövcud olan modelindən ibarətdir.

ArchiCAD memarlıq-dizayner layihələrinin işlənib hazırlanmasını təmin edən proqramdır. İşin  istənilən mərhələsində layihələndirilən binanı üçölçülü şəkildə, kəsikdə, perspektivdə görmək olar. ArchiCADda eyni zamanda həm layihənin yaradılması üzərində işləmək, həm də müvafiq tikinti sənədlərini tərtib etmək olar, belə ki, proqramda layihələndirilən bina haqqında bütün  informasiya: planlar, perspektivlər, kəsiklər, lazımi tikinti materiallarının siyahısı, həmçinin iş prosesində layihəçi tərəfindən edilən düzəlişlər qorunub saxlanılır.

Autodesk 3D Max (keçmiş 3D Studio MAX) - Autodesk Media and Entertainment tərəfindən hazırlanan modelləşdirmə, animasiya və renderinq proqramıdır. Bu proqramdan videooyun yaradıcıları, televiziya kommersiyası studiyaları, memarlıq vizuallaşdıranlar tərəfindən tez-tez istifadə edilir. Bundan həmçinin film effektləri və film pre-vizuallaşdırması üçün də istifadə olunur.

V-Ray – render (vizualizasiya) sistemidir. Bu sistem 3D Max, Sketchup, Cinema 4D və digər proqramlar üçün əlavə rolunu oynayır və bu system vasitəsilə 3D Max proqramının imkanları daha da genişləndirililərək professional səviyyədə nəticə əldə etməyə imkan yaradır. 3D Max proqramının tədrisi zamanı render olaraq məhz "V-Rray"dən istifadə olunur.