⚖️ Hakimliyə hazırlıq kursuna qəbul il boyu davam edir. Hüquq sahəsində karyerasını hakim kimi davam etdirmək istəyən şəxslər üçün ideal təlim proqramı təklif edirik. Kurs müddətində məhkəmə hüququ, hüquqi təhlil və etik davranış mövzuları geniş şəkildə tədris olunur.
- Təlimin müddət: 3 ay
- Ümumi dərs saatı: 36 saat
- Aylıq dərs saatı: 12 saat
- Tədris dili: Azərbaycan dili
- Təlimçi-müəllimlər: Peşəkar hüquqşünaslar, Universitet müəllimləri, Hüquq üzrə PhD dərəcəli müəllimlər
Hakimliyə namizədlər üçün imtahan 3 mərhələdən ibarətdir:
- test mərhələsi
- yazılı imtahan
- müsahibə
. Kursumuzda hər 3 mərhələ üzrə hazırlıq həyata keçirilir.
Test mərhələsində qanunvericilik üzrə 60 və daha yuxari bal toplamış şəxslər yazılı imtahan mərhələsinə keçmək imkani qazanır.
Yazılı imtahan mərhələsində isə mülki və cinayət sahəsi üzrə maddi və prossesual biliklərin tətbiqi yoxlanılır.
Müsahibə mərhələsi isə şifahi qaydada Hakimlərin Seçki Komissiyası qarşısında həyata keçirilir.
Qısa Tədris proqramı:
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
- Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- Azərbaycan Respublikasının Ailə Məcəlləsi
- Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu
- “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
- “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu
- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu