Prokurorluq İmtahanlarına Hazırlıq
Prokurorluq orqanlarına qəbul imtahanı üç əsas mərhələdən ibarətdir:
1. Test mərhələsi
2. Yazılı imtahan mərhələsi
3. Şifahi müsahibə mərhələsi
Namizədlər ilkin olaraq test imtahanında iştirak edirlər. Bu mərhələdə ümumilikdə 100 ballıq sistem üzrə suallar cavablandırılır və 70 bal və ya daha yüksək nəticə göstərən şəxslər növbəti – yazılı imtahan mərhələsinə buraxılır.
Yazılı imtahanı da uğurla keçən namizədlər sonuncu mərhələ olan şifahi müsahibəyə dəvət olunurlar.
Kursumuzda Nələr Tədris Olunur?
Kursumuzda namizədlərə hər üç mərhələ üzrə bütün lazımi nəzəri və praktiki biliklər öyrədilir:
• Test mərhələsi üçün qanunvericilik üzrə geniş sual bazası ilə intensiv tədris
• Yazılı mərhələ üçün esse yazma bacarığı, hüquqi analiz və məntiqi struktura fokuslanan dərslər
• Şifahi müsahibə üçün psixoloji hazırlıq, natiqlik, düzgün cavab texnikaları və simulyasiya məşqləri
Peşəkar və təcrübəli müəllim heyətimiz, keçmiş imtahan nümunələri və praktiki yanaşma ilə sizə bu çətin və məsuliyyətli prosesdə tam dəstək göstərir