Bu gün şahmat intellekt səviyyəsinin yüksəldiməsi üçün ən məşhur vasitə hesab olunur.
Ümumiyyətlə, şahmatı 3 yaşından tədris etmək mümkündür. Sadəcə olaraq bu uşağın daxili imkanlarından asılıdır. Buna baxmayaraq tədrisin öz metodları var. Bu metodlar təbii ki, yaş quruplarından asılıdır. Yəni böyük yaş qruplarında bu sırf şahmat haqqında, taxta haqqında anlayışlar, lövhə üzərində fiqurların yerləşməsi, onların gedişləri öyrənilir. Amma kiçik yaş qurupunda bu əyləncəli xarakter daşıyır. Məsələn, müxtəlif fiqurların şəkillərinin çəkilməsi, müxtəlif rəngləmə prosesləri və.s. Müəyyən müddətdən sonra uşaqlar artıq buna ciddi bir idman növü kimi yanaşırlar.
Şahmat dərsləri kiçik qrupla ( 4-5 nəfər) və ya fərdi şəkildə həftədə 2 dəfə tədris olunur.
Şahmat dərnəyinə qəbul adətən 4-5 yaşdan aparılır.