İngilis dili kursları

Biznes ingilis dili

Biznes İngilis Dili kursunun məqsədi Beynəlxalq biznes əlaqələrində ehtiyacınız olan peşəkar bacarıqlara yiyələnməkdir.

Bu kurs vasitəsilə siz beynəlxalq biznesdə istifadə olunan ingilis dili biliklərini möhkəmləndirə,  qrammatik biliklərinizi inkişaf etdirə  və söz ehtiyatınızı artıra biləcəksiniz.

Dərslər ən müasir metodikalarla istifadə edilərək xüsusi proqramlar və  materiallar əsasında keçirilir.

Proqram tələbələrin hansı mövzuları keçmək istəyi əsas götürülərək onların sərbəst vaxtları və bilik səviyyələri nəzərə alınaraq hazırlanır. Məşğələlər tələbənin seçiminə əsasən fərdi və ya kiçik qruplar şəklində keçirilir.

 Bu kursa daxildir:

  • İngilis dilində Telefon danışığı
  • İşgüzar görüş dili
  • Təqdimatlar edilməsi
  • Hesabat formaları və onların verilmə üsulları
  • Tənqidi yanaşma və problemlərin həlli
  • Danışıqların aparılması
  • Peşəkar məruzələr, e-poçtlar və məktublar yazmaq və s.

Kurs yüksək səviyyəli menecerlər, biznes həyatına yeni qoşulanlar, gənc peşəkarlar, yeni məzunlar və iş dünyasında iştirak etmək üçün səbrsiz olan universitet  tələbələri üçün nəzərdə tutulub.

İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliklərinizin İntermediate level olması lazımdır. Tədris dil üzrə 4 əsas bacarığın –  danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.

Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud qrup şəklində olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə keçirilir.

Müəllimlərimiz müxtəlif  yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.