TYS, YÖS, ALES, YDS

YÖS kursları

YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) - Türkiyə universitetlərində bakalavr pilləsində oxumaq istəyən xarici ölkə vətəndaşlarının verməli olduqları bir imtahandır.

YÖS Məntiq və Riyaziyyat olmaqla 2 hissədən ibarətdir və ümumilikdə imtahana 80 sual (45 riyaziyyat, 35 məntiq) düşür. 

YÖS imtahanından yığıla biləcək maksimum nəticə 100 baldır. Əgər tələbə 60-dan yuxarı bal yığarsa bir sıra Universitetlərdə güzəştli təhsil haqqı ilə və ya ödənişsiz təhsil ala bilər.

Türkiyədə tibb təhsili almaq üçün ən azı 95 bal yığmalısınız.

Adətən imtahan nəticəsi 2 il etibarlı olur. Bir neçə universitet Bakıda bu imtahanı keçirdirlər.