16.03.2026
Texnologiya və dizayn sahəsində karyera qurmaq istəyirsinizsə, UX/UI Dizayn kursunda iştirak edərək istifadəçi təcrübəsi (UX) və istifadəçi interfeysi (UI) üzrə əsas bilik və bacarıqlara yiyələnə bilərsiniz.
Kurs müddətində siz istifadəçi yönümlü dizayn prinsiplərini, interface hazırlanmasını, prototipləmə və müasir dizayn alətləri ilə işləməyi öyrənəcəksiniz. Praktiki tapşırıqlar vasitəsilə real layihələr üzərində işləyərək portfolionuzu formalaşdırmaq imkanı əldə edəcəksiniz.
Bu kurs dizayn sahəsinə yeni başlayanlar, IT və rəqəmsal sahədə çalışmaq istəyənlər, həmçinin biliklərini inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur