22.07.2026
Robototexnika kurslarına növbəti qəbul başladı!
Kurslarımız bu sahədə çalışan və ya müəllim olmaq istəyənlərlə yanaşı, həm də şagirdlər və tələbələr üçün nəzərdə tutulub.
Robototexnika kurslarında iştirak edərək nələri öyrənəcəksiniz:
Robototexnikanın əsasları və iş prinsipləri
Elektronika, dövrələr və sensorlarla işləmə bacarıqları
Məntiqi təfəkkürü inkişaf etdirən proqramlaşdırma dilləri və alətləri (Scratch, Arduino və s.)
Robot modellərinin sıfırdan qurulması və mexaniki yığılması
Problem həlletmə, mühəndislik düşüncəsi və komanda işi
Əziz valideynlər, övladlarınızın müasir texnologiya biliklərinə yiyələnməsini istəyirsinizsə, ödənişsiz sınaq dərsinə yazılaraq yeni başlayacaq qruplarda sizə uyğun vaxtı seçə və ya fərdi dərslərimizdən faydalana bilərsiniz.
Məktəb və universitet müəllimləri üçün də xüsusi tədris proqramları təklif edirik.