13.12.2021
TYS (Türkçe Yeterlik Sınavı) - Türkcəni xarici dil olaraq öyrənənlərin dil biliklərinin yoxlanılması və bilik səviyyəsini təsdiq etmək üçün Yunus Emre İnstitutu tərəfindən işlənib hazırlanmış qiymətləndirmə sistemidir.
Türkiyə Universitetlərinə qəbul üçün müraciət edən tələbələr və qısaca Türk dili bacarıqlarını sənədləşdirmək istəyən hər kəs Türkcə Yetərlilik İmtahanına (TYS'yə) girə bilər.
İmtahanı müvəffəqiyyətlə verən şəxslərə “Türkce Yeterlilik Belgesi” verilir.
TÖMER/TYS - 6 səviyyədən ibarətdir.
A1 və A2 Başarısız səviyyələrdir (Bu nəticələr heç bir universitetdə qəbul edilmir)
B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
B2 – Başarılı – (Bu nəticəni bir çox universitetlər qəbul edir)
C1 – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir)
C2 -Başarılı – (Bu nəticə tamamilə keçərlidir)
TYS imtahanı ildə 3 dəfə olmaqla Yanvar, May və Sentyabr aylarında keçirilir.