19.09.2026
"Əmək haqqı hesablanması: A-dan Z-yə" seminarına qatılın!
Əmək qanunvericiliyi və əməkhaqqı hesablanması sahəsində biliklərinizi təkmilləşdirmək, praktiki tətbiqləri öyrənmək istəyirsinizsə, bu təlim tam sizin üçündür!
Təlimçi: Lalə Həsənova
Tədris Proqramına daxildir:
Əmək Qanunvericiliyi: Əmək müqaviləsi, ştat cədvəli və tabelin düzgün tərtibi
Məvacib və Tutulmalar: Gross-Net hesablanması, Gəlir vergisi, DSMF, İTS və işsizlik sığortası
Məzuniyyət və Bülleten: Məzuniyyət haqqı, xəstəlik müavinəti və ezamiyyət xərcləri
Əlavə Ödənişlər: Bayram, istirahət və gecə növbəsi saatlarının əmsalla hesablanması
Son Haqq-Hesab: İşdən çıxma müavinəti və istifadə edilməmiş məzuniyyət kompensasiyası
Kimlər üçün faydalıdır?
HR mütəxəssisləri, mühasiblər, kadrlar üzrə mütəxəssislər və bu sahədə biliklərini artırmaq istəyən hər kəs.