03.10.2026
“Sosial həssas qruplardan olan şəxslər üçün ÖDƏNİŞSİZ” 1 aylıq (16 saat) MS Excel kurslarına qeydiyyat başladı.
Bu kurs kimlər üçündür?
• Şəhid ailələrinin üzvləri
• Müharibə iştirakçıları və qazilər
• Əlilliyi olan şəxslər (cümlədən sağlamlıq imkanları məhdud şəxslər)
• Məcburi köçkün və qaçqın statusu olan şəxslər
• Valideyn himayəsindən məhrum olmuş gənclər
1 ay boyunca nə öyrənəcəksiniz?
• MS Excel-in əsasları və rahat iş prinsipləri
• Cədvəllərin qurulması və məlumatların idarə edilməsi
• Ən çox istifadə olunan düstur və funksiyalar
• Praktiki tapşırıqlar və real hesabatların hazırlanması
Proqramın detalları:
Müddət: 1 ay (16 saat)
Format: Onlayn / Əyani
Sertifikat: Kursu uğurla bitirənlərə sertifikat təqdim olunur