Xəbərlər və Tədbirlər

İvrit dili kurslarına qeydiyyat başladı

27.12.2021

İvrit dilində qüsursuz ünsiyyət qurmaq istəyənləri, bu dildə təhsil almaq və ya bu dildə ixtisasartırma keçmək istəyənləri İvrit dili kurslarında iştiraka dəvət edirik.

✅İbri dili və ya İvrit dili (ivr. עברית‎) — Afro-Asiya dil ailəsinə məxsus sami dillərindən biridir. Qədim yəhudi dilinin müasir modifikasiyasıdır. Semit dillərinin yeni mərhələsinə aiddir. İvrit əlifbası 22 samit hərfdən ibarətdir.