Xəbərlər və Tədbirlər

Koreya dili kurslarına qeydiyyat başladı

04.01.2022

✅Koreyada ödənişsiz ali təhsil almaq və ya işləmək istəyənləri, həmçinin bu dili öyrənməyi arzulayanları Koreya dili (한국어, 조선어) kurslarımızda iştiraka dəvət edirik.

Tarixən yazısı 1446-cı ildən bu yana məlumdur. Çin yazı sisteminə əsaslanan Hanqıl yazısıdır.

Koreya dili tərkibcə altı dialektə bölünür: şimal-şərqi, şimal-qərbi, mərkəzi, cənub-şərqi, şərq-qərbi və Çejudo dialekti. Koreya dilinin fonoloji sistemi 40 fonemdən ibarətdir. Bunlardan 19-u samit, 21-i isə sait fonemlərdir. Koreya dili nominativ quruluşlu aqqlütinativ dillərdən hesab olunur.

Dərslər fərdi və kiçik qruplarda olmaqla tədris olunur.

Müəllimlərimizin peşəkarlığından əmin olmağınız üçün sınaq dərslərimizdə iştirak ödənişsizdir.