Xəbərlər və Tədbirlər

Satış ustalığı təliminə qeydiyyat başladı

10.01.2022

"Satış ustalığı" təliminə qəbul elan edirik.

Bu gün Marketinq müasir idarəetmənin əsas hissəsidir. Satış etmədən isə bir kommersiya təşkilatını ayaqda saxlamaq mümkünsüzdür. "Satış ustalığı" təlimində iştirak edərək Qiymət siyasəti, müştərinin istəklərini, Müştəri davranışı, sosial və psixoloji faktorları, satışda kreativ və məhsuldar Reklam, İnternet marketinq, Son hədəf - satış və uğurlu satıcı modelini və satışın digər sirlərini praktik misallarda öyrənmiş olacaqsız.

Təşkil etdiyimiz kursun sonunda siz professional satış ustası olacaqsınız.

Təlimçi satış üzrə 20 ilə yaxın praktik iş təcrübəsi olan, tanınmış böyük şirkətlərdə satış direktoru olaraq çalışmış, hazırda Marketinq və satış üzrə fəaliyyət göstərən konsaltinq şirkətlərindən birinin rəhbəri olan Eyyub Qarabağlıdır.

ℹTəlimçi haqqında ətraflı linkdə: https://stimul.edu.az/az/view/406/2/Eyyub-Qarabagli