Xəbərlər və Tədbirlər

CIA I mərhələ üzrə təlimə qeydiyyat başladı

24.01.2022

Certified Internal Auditor (CIA I mərhələ)- Sertifikatlı Daxili Auditor kursunun boş qalan son 2 yeri üçün qəbul davam edir.

Sertifikatlı Daxili Auditor (CIA) kvalifikasıyası daxili auditorların qlobal səviyyədə yeganə qəbul edilmiş sertifikatlaşdırma proqramıdır və daxili auditorların peşəkarlıq səviyyəsini təsdiqləyən bir standartdır.

Kursun ilk dərsi iştirakçıların özünü qiymətləndirmə testi ilə başlayacaq. Növbəti dərslərdə hər mövzu ilə bağlı nəzəri biliklər verildikdən sonra həmin sahə üzrə praktiki testlərin həll edilməsi, izahı və müzakirəsi aparılacaq.

Kursun sonunda iştirakçıların əldə etdikləri yeni bilikləri qiymətləndirmək üçün sınaq imtahanı təşkil olunacaq. Təlim iştirakçıları dərs materialları ilə təmin ediləcəklər. Yekun sınaq imtahanından uğurla keçən tələbələr sertifikatla təmin ediləcəklər.

Təlimin müddəti: 2 ay - 32 saatdır

Təlimin başlama vaxtı: 29.01.2022

Təlimin başlama saatı: 14:00

Təlimçi: Müslüm Rüstəmov (CİA, CFE, MBA)

Təlimçi haqqında ətraflı məlumat linkdə: https://stimul.edu.az/az/view/406/26/Muslum-Rustemov