25.01.2022
STIMUL Education & Consulting olaraq hər zaman müştəri məmnuniyyətini əsas götürmüş və ən yaxşı nəticələr üçün çalışmışıq.
Bildiyiniz kimi, hələ 2007-ci ildən bir qrup könüllü, xeyirxah insanların dəstəyi və birbaşa fəaliyyəti nəticəsində Stimul Gənclər Şəbəkəsi qurulmuş və xeyriyyə layihələri çərçivəsində ehtiyyacı olanlara maddi və mənəvi dəstək göstərilmişdir.
2009-cu il, yanvarın 25-dən isə STİMUL Təhsil və Konsaltinq Mərkəzi fəaliyyətə başlamışdır.
Ötən 13 il ərzində 8 Nazirlik, 12 Bank, 350-yə yaxın müəssisə və təşkilatla əməkdaşlıq etmiş, yekun imtahanlardan uğurlu nəticə göstərən minlərlə məzunumuz olmuşdur.
13 il ərzində təlim və kurslarımızda iştirak edən bütün korporativ və fərdi müştərilərimizə bizi seçdikləri üçün təşəkkür edirik.
Həmçinin bu illər ərzində bizim yanımızda olaraq dəstəyini əsirgəməyən dostlarımıza və bütün əməkdaşlarımıza minnətdarlığımızı bildiririk.
Sizi əmin edirik ki, müasirlik, peşəkarlıq və keyfiyyət ən yaxşı xüsusiyyətlərimizdən olmağa davam edəcəkdir.