28.01.2022
"CFA Level 1" imtahanına hazırlıq kurslarına tələbə qəbulu başladı.
"CFA Level 1" imtahanına hazırlıq həftədə 6 saat yarım olmaqla, CFA dərəcəli (CFA Charter Holder) və CFA-in bütün imtahanlarını vermiş təlimçi tərəfindən tədris olunur.
Təlimçi: Hikmət Sultanov (CFA, ACCA, MBA)
Təlimçi haqqında məlumat linkdə: https://stimul.edu.az/az/view/406/44/Hikmet-Sultanov
Kursun müddəti: 6 ay və ya 140 saat
Kursun ödənişi: 250AZN (aylıq ödəniş)
Kursun başlama tarixi: Qrup iştirakçılarının istəyi ilə müəyyənləşdirilir
"CFA (Chartered Financial Analyst ) Level 1" imtahanına hazırlıq kursunun tərkibinə bu bölmələr daxildir:
Etik və işgüzar davranış qaydaları
Kəmiyyət Metodları (Statistikaya giriş)
İqtisadi Nəzəriyyə
Maliyyə Təhlili
Səhm qiymətli kağızlar
İstiqrazlar
Törəmə alətlər
Alternativ investisiyalar
Portfelin idarə edilməsi və sərvətin planlaşdırılması
CFA Proqramına qatılmaq və ilk imtahana qeydiyyatdan keçmək üçün namizədlərdən aşağıdakılardan biri tələb olunur:
- Bakalavr və ya ekvivalent dərəcəyə sahib olmaq,
- Qeydiyyat zamanı bakalavrın sonuncu kursunda oxumaq,
- Dörd il peşəkar iş təcrübəsinə sahib olmaq,
- İş və təhsil alınan dövrlərin toplam cəmi ən azı dörd il olmalıdır.