10.02.2022
"Marketinqin əsasları" təliminə qəbul başladı.
Bu gün Marketinq müasir idarəetmənin əsas hissəsidir. Artıq marketinqin əsasları bütün sahələrdə ən vacib təlabatdır. İstər marketoloq, istər həkim, istər müəllim, istərsə də mühəndis ol fərq etməz, öz sahəndə ən mükəmməl biliklərə malik olsan belə, bu bilik və bacarıqlarını tanıtmaq, qiymətləndirmək məcburiyyətindəsən.
Təşkil etdiyimiz kursun sonunda siz professional Marketoloq olacaqsınız.
Təlimçi 20 ilə yaxın praktik iş təcrübəsi olan, tanınmış böyük şirkətlərdə marketinq direktor olaraq çalışmış, hazırda konsaltinq şirkətlərindən birinin rəhbəri olan Tural Abbaslıdır.
Təlimçi haqqında ətraflı linkdə: https://stimul.edu.az/az/view/406/1/Tural-Abbasli