28.02.2022
Ərəbcə danışıq dilini mükəmməl şəkildə mənimsəyərək, hər hansı bir ərəblə qarşılaşanda onu səlis nitqinizlə təəccübləndirmək, bununla yanaşı ərəbcə qəzetləri, radionu, televiziya verilişlərini və Ərəb musiqilərini ana dilimizdəki kimi tam anlamaq istəyirsinizsə ərəb dili kurslarımızda iştirak edin!
Dünyada 22 ərəb dövlətinin olması hamıya məlumdur. Onların da hər birinin minimum üç dialekti mövcuddur. Xüsusilə də Körfəzyanı Ərəb ölkələrinin dialektlərini, həmçinin bilad Əş-Şam və İraq dialektlərini yüksək səviyyədə öyrənmək üçün ƏRƏB dili kurslarımızda iştiraka dəvət edirik.
Kursda Ərəb dilinin tədrisi üç əsas istiqamətdə qurulur:
1. Ərəb dilinin ədəbi dili - fusha.
2. Ərəb dilinin qrammatikasını ərəb dilində tədris etmək.
3. Ərəb dilinin dialektlərini öyrənmək və danışıq dərsləri.