Xəbərlər və Tədbirlər

”Layihənin idarə edilməsi əsasları” təliminə qəbul elan edirik

09.05.2022

"Layihənin idarə edilməsi əsasları" təliminə qəbul elan edirik.

- Layihə idarə etməyi öyrənmək istəyirsiz, lakin nədən başlayacağınızı bilmirsiz?

- Layihənin idarə edilməsində sizə kömək üçün praktiki bacarıqlara ehtiyacınız var?

- İlk dəfə bir layihə üzərində işləyirsiz və necə yanaşacağınızı bilmirsiz?

- Düzgün planlaşdırmaq və uğurla həyata keçirmək istədiyiniz şəxsi layihələriniz var?

Bu suallardan birinə və ya bir neçəsinə "Bəli" cavabı verirsizsə, bu kurs sizin üçündür!

????‍????Təlimin davametmə müddəti 24 saatdır. Dərslər həftədə 2 dəfə hər dərs 2 saat olmaqla Rus dilində tədris olunur. Azərbaycan bölməsi də seçə bilərsiz.

* Təlim PMI-PMP, PMI-ACP, ITIL, COBIT və digər sertifikatlara sahib biznes təlimçi Fərid Nadirov tərəfindən tədris olunur.

Təlimçi haqqında məlumat linkdə: https://stimul.edu.az/az/view/406/48/Ferid-Nadirov

Təlimin tədris proqramı linkdə: https://stimul.edu.az/.../Layihenin-idare-edilmesi-esaslari