Xəbərlər və Tədbirlər

”CFA Level 1” imtahanına hazırlıq kurslarına qəbul başladı.

28.10.2022

"CFA Level 1" imtahanına hazırlıq kurslarına qəbul başladı.

"CFA Level 1" imtahanına hazırlıq həftədə 6 saat yarım olmaqla, CFA dərəcəli (CFA Charter Holder) və CFA-in bütün imtahanlarını vermiş təlimçi tərəfindən tədris olunur.

Təlimçi: Hikmət Sultanov (CFA, ACCA, MBA)

Təlimçi haqqında məlumat linkdə: https://stimul.edu.az/az/view/406/44/Hikmet-Sultanov

Kursun müddəti: 6 ay və ya 140 saat

Kursun başlama tarixi: Qrup iştirakçılarının istəyi ilə müəyyənləşdirilir

Kursun aylıq ödənişi: 250AZN

????"CFA (Chartered Financial Analyst ) Level 1" imtahanına hazırlıq kursunun tərkibinə bu bölmələr daxildir:

- Etik və işgüzar davranış qaydaları

- Kəmiyyət Metodları (Statistikaya giriş)

- İqtisadi Nəzəriyyə

- Maliyyə Təhlili

- Səhm qiymətli kağızlar

- İstiqrazlar

- Törəmə alətlər

- Alternativ investisiyalar

- Portfelin idarə edilməsi və sərvətin planlaşdırılması

????CFA Proqramına qatılmaq və ilk imtahana qeydiyyatdan keçmək üçün namizədlərdən aşağıdakılardan biri tələb olunur:

- Bakalavr və ya ekvivalent dərəcəyə sahib olmaq,

- Qeydiyyat zamanı bakalavrın sonuncu kursunda oxumaq,

- Dörd il peşəkar iş təcrübəsinə sahib olmaq,

- İş və təhsil alınan dövrlərin toplam cəmi ən azı dörd il olmalıdır.