Xəbərlər və Tədbirlər

”HRM - İnsan Resurslarının İdarə edilməsi” təliminə endirimli qiymətlərlə qəbul başladı

30.12.2022

"HRM - İnsan Resurslarının İdarə edilməsi" təliminə endirimli qiymətlərlə qəbul başladı.

✅Kurs hal-hazırda kadr uçotu sahəsində çalışan və ya gələcəkdə bu sahədə çalışmaq istəyən, HR üzrə tam peşəkar biliklərə yiyələnməyi arzu edən şəxslər üçün nəzərdə tutulub.

➡️Təlimçi: Sevinc Qarakişiyeva (HR Menecment üzrə ekspert, HR Menecer, 15 ildən çox iş təcrübəsi var)

Sevinc xanım İşə götürmə, Əmək haqqının idarə edilməsi, Müavinətlərin və kompensasiyaların administrasiyası, İşə qəbul və seçmə, Təlim və inkişaf, Müqavilə danışıqları, Performansın idarə edilməsi, Ünsiyyət Prosesləri, İşçilərin təsnifatı, Təşkilat və böyük bir heyət üçün (minimum 500-1000 nəfərdən çox) idarəetmə sahəsində təcrübələri vardır. Əmək Münasibətləri, Əməyin Sağlamlığı və Təhlükəsizliyi və digər əlaqəli əmək qanunları haqqında mükəmməl biliklərlərə malikdir. ISO 9001:2018, ISO 14001:2004 və ISO 45001:2018 üzrə ixtisaslı mütəxəssisdir. 1500-dən çox şəxsə Əmək və işçi münasibətləri və hüquq məsələləri üzrə məsləhət və təlim xidmətləri göstərmişdir.

Fərdi dərsləri seçən şəxslər istədikləri vaxt dərsə başlaya bilərlər. Endirimli qiymətlərdən faydalanmaq üçün elə indi zəng edərək qeydiyyatdan keçin.