Xəbərlər və Tədbirlər

”Bank işinin əsasları və Bank Mühasibatlığı” təliminə növbəti qəbul elan edirik

23.03.2023

????????"Bank işinin əsasları və Bank Mühasibatlığı” təliminə növbəti qəbul elan edirik.

2009-cu ildən etibarən Mərkəzi Bank başda olmaqla onlarla bank əməkdaşlarının hazırlığını bizə etibar edir.

????Təlim Bank sahəsində çalışmaq istəyənlərlə yanaşı (Ümumi Bank işi və Bank Mühasibatlığı) təcrübəsini artırmaq istəyənlər üçün də nəzərdə tutulub.

✅Təlimdə iştirak edərək Bank sistemi, Bankın strukturu, Bankın fəaliyyəti, Bank xidmətləri, Kreditlər, Çirkli pulların yuyulmasına qarşı mübarizə, Prudensial tənzimləmə, Resursların idarəolunması, Akkreditiv, qarantiyalar, faktoring, forfeyting, lizing və s. haqqında geniş məlumat əldə edəcəksiz.

????Əyani və ya Online şəkildə tədris etdiyimiz fərdi və qrup dərslərimizdə iştirak edə bilərsiz.

✅Təlimçi: Elmin Nemətli (bank işi üzrə mütəxəssis)

Elmin müəllimin ümumi olaraq 15 ildən çox iş təcrübəsi var. Bank sektorunda 12 il, 2010-cu ildən isə təlimçi kimi iş təcrübəsi var. Bundan başqa UNEC və Bakı Mühəndislik Universitetində Bank işi və Maliyyə üzrə dərsləri tədris edir.

????‍???? Sınaq dərsimizdə ödənişsiz olaraq iştirak edərək müəllimlərimizin peşəkarlığından əmin ola bilərsiz.